Gəncədə gənclərin məşğulluq vəziyyəti yaxşılaşdırılır
Tarix: 24.02.2015 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


"Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun dəstəyi ilə Gəncə Avropa Gənclər Paytaxtı-2016 çərçivəsində 17-23 fevral tarixləri arasında “Kariyera Həftəsi” layihəsi həyata keçirilib. “Gələcəyə Körpü”dən bildirilib ki, layihənin məqsədi yeni və innovativ metodlara yiyələnmək yolu ilə gənclərin məşğulluq vəziyyətinin yaxşılardırılmasına nail olmaqdır.
“Karyera Həftəsi” çərçivəsində Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Humanitar Kolleci, Gəncə Texniki Kollecində gənclərə “İş axtarışında vacib olan amillər”, “CV-nin hazırlanması qaydası”, “Özünü təqdimetmə bacarıqlarının aşılanması”, “Komandada iş”, “İşdə rəhbərliklə işgüzar münasibətlərin qurulması” mövzularını əhatə edən təlimlər təşkil olundu. Ümumilikədə layihədən 120 nəfər gənc yararlanıb.
Qeyd edək ki, “Karyera Həftəsi” Cvcenter.az saytı tərəfindən gəncləri maarifləndirmək məqsədilə mütəmadi olaraq təşkil olunur. CVcenter.az internet saytının missiyası Azərbaycan mühitində ən effektiv və rahat vasitə hesab olunan internet personal yığımını təşkil etməklə, işə götürənlərə və iş axtaranlara ən əlverişli həlli yollarını təklif etməkdir.
Sayt Gəncə şəhərində fəaliyyət göstərən “Gələcəyə Körpü” Gənclər Ictimai Birliyi tərəfindən həyata keçirilən Gənclərin Məşğulluq Resurs Mərkəzi layihəsi çərçivəsində yaradılıb. Mərkəz Gəncə şəhərində gənclər arasında məşğulluğu artırmaq məqsədilə gənclər üçün 3 istiqamətdə xidmət göstərir: Gənclərə 3-6 aylıq təcrübə proqramları təşkil etməklə bərabər gənclərə iş tapmaqda yardım etmək; Gənclərin iş və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək üçün mütəmadi təlim və məsləhətlər vermək; Gənclər üçün peşə-sənət kursları təşkil etmək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info