İndoneziyada gənclər təşkilatları Xocalı faciəsini pislədilər(yenilənib)
Tarix: 24.02.2015 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


İndoneziyada Xocalı ilə bağlı silsilə tədbirlər həyata keçirilir.
İslam Konfransı Gənclər Forumundan (İKGF) verilən xəbərə görə, hazırda İndoneziyada İKGF-nin dəstəyi ilə “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində silsilə tədbirlər davam etdirilir.
“İndoneziya” otelinin qarşısında İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalıya ədalət – Unudulmuş İnsanlıq Faciəsi” adı altında yürüş aksiyası keçiriblər. Sözügüdən tədbirdə çıxış edən İKGF-nin İndoneziyadan olan İdarə Heyətinin üzvü Taufik Lubis bunları söyləyib: “İndoneziya hökuməti Prezident Coko Vidodo vasitəsilə Azərbaycanın Xocalı şəhərində soyqırımı baş verdiyini qəbul etməli və münaqişə ilə bağlı BMT və İƏT qətnamələrinin həyata keçməsinə dəstək göstərməlidir”. Taufik Lubis eyni zamanda İndoneziya gənclərinin imzaladığı, Xocalı faciəsini insanlığa qarşı cinayət və soyqırımı kimi tanımağa çağıran və dünya ictimaiyyətinə ünvanlanan petisiyanı ölkə prezidenti və Nümayəndələr Palatasına təqdim ediləcəyini söyləyib.
İndoneziyada keçirilən etiraz tədbirlərində Müsəlman Tələbələr Assosiasiyası və İndoneziya İslam Gənclər Hərəkatı kimi aparıcı gənclər təşkilatlarının fəalları da iştirak ediblər. Gecə saatlarında isə gənclər kampaniyanın bu il elan etdiyi “Yalanla mübarizə üçün alov yandır” (Light a Fire to Fight the Liar) devizi altında Xocalı faciəsində qətlə yetirilmiş 63 uşağın ruhunun xatirəsinə ehtiram əlaməti olaraq ölkə parlamentin önündəki meydanda 63 şam düzmüşlər. İndoneziyada bu günlərdə Xocalı ilə bağlı keçirilən tədbirlər mətbuatda geniş işıqlandırılıb.
“Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb və hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info