Bakıətrafı qəsəbələrdə qiymət artımı müşahidə olunmur
Tarix: 24.02.2015 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Son günlər paytaxtdakı mağazalarda qiymət artımının olması barədə yaranan söz-söhbətlər nisbətən səngisə də, hələ də süni qiymət artımı olması barədə xəbərlər gəlməkdədir. Artıq paytaxtın mərkəzində belə bir problemin olmaması barədə araşdırma aparmışdıq və ajiotaja səbəb olacaq heç bir qiymət artımının olmamasının şahidi olduq. Bu gün isə mərkəzdən nisbətən kənarda-qəsəbələrədn birində vəziyyərlə tanış olduq. Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində maraqlandığımız mağazalarda heç bir qiymət artımının olmamasını müşahidə etdik. İlk baş çəkdiyimiz Oqtay Şabanov küçəsi 21 b ünvanında yerləşən “Tural” market oldu ki, burada nəinki qiymət artımı yox idi, hətta bir iki məhsulda qiymət azalmasının şahidi olduq. Buna misal olaraq “Pal süd”ün məhsulu olan 500 qramlıq qatığın 60 qəpiyə və bəzi digər ağartıların əvvəlki dəyərdən beş qəpik az satılmasını göstərmək olar. Satıcı Xanım Rəsulova deyir ki, hazırda onlarda qiymət artımı nəzərdə tutulmur. Yeganə problem məhsul gətirən firmaların bu işə məsuliyyətsiz yanaşmalarıdır: “Başa düşmək olmur bu bahalaşma xəbərlərini kim və niyə yayır. Axı gördüyünüz kimi hər şey vitrindədir, heç bir məhsulu yığışdırmamışıq və qiymətləri də üzərində yazılıb. Əvvəlki qayda ilə satırıq. Əgər bahalaşma olsaydı, bunu hər kəs hiss edərdi. Alıcılar da bəzən təəccüblə sual verirlər ki, qiymət artımı var deyirlər bəs hanı? Hələ ki, bir həftə əvvəlin məhsullarını satırıq.”.
Digər baş çəkdiyimiz mağazalarda da qiymətlərin stabil qaldığının şahidi olduq. Yüz qramlıq çaylar 90 qəpik, ya da bir manata satılır, hətta xaricdən gətirilən Ukrayna konfetlərində belə, qiymət artımı yoxdur. 4-10 manat arasında dəyişən konfet məhsullarını alıcılar da əvvəlki qiymətlə aldıqlarını dedilər.
Hövsandakı mağazalarda yerli istehsal olan toyuq məhsullarında da qiymət artımı yoxdur. Kilosu 2 manat 70 qəpikdən satılan toyuq və 7 qəpikdən satılan yumurtanın da qiyməti əvvəlki səviyyədə qalır. Yeganə problem isə nisbətən kiçik mağazalara un satılmamasıdır. Satıcılardan biri bunun səbəbinin süni qiymət artımı ajiotajının yaradılması olmadığını düşünür. Onun deməsinə görə, əgər unun qiymətində də artım olsaydı çörək də bahalaşardı. Hazırda çörək bahalaşmayıb, əvvəlki qayda ilə 30 və 40 qəpiyə satılır.
Tərəvəz məhsullarında da hər hansı artım yox idi. Türkiyə və Gürcüstandan gətirilən apelsin 1 manat 50 qəpikdən, yerli almalar isə 90 qəpikdən satılır. Tikinti materiallarına gəldikdə isə satıcılarla söhbətimizdə məlum oldu ki, tələbat güclü olan tikinti materialları-mismar, taxta və s. Rusiyadan gəldiyi üçün burada ciddi artımdan söhbət gedə bilməz. Alqı-satqı rublla həyata keçirilir, dolların burada heç bir əhəmiyyəti yoxdur. Bundan əlavə, bu məhsullar ərzaqdan fərqli olaraq çox satılmır və bu səbəbdən də süni qiymət artımına yol vermək istəyən istənilən satıcı uduzacaq. Ümumilikdə isə söhbətləşdiyimiz satıcıların, mağaza sahiblərinin hamısı yaranmış ajiotajdan istifadə edib süni qiymət artımına yol verən iş adamlarını, biznesmenləri qınadıqlarını söylədilər.
Sonda onu da deyək ki, artıq aidiyyəti qurumlar bir neçə gündür ki, süni qiymət artımına yol verən ticarət obyektləri ilə bağlı reydlər həyata keçirirlər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycan neftinin bir barreli 80,34 dollara satılır
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info