Gəncə və Şəkinin rəqəmsal kadastr xəritələri yaradılacaq
Tarix: 24.02.2015 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Şəki şəhərində "Azərbaycanda Kadastr və Daşınmaz Əmlakın qeydiyyatı Layihəsi" (İcra Fazası) çərçivəsində növbəti İctimai Agahlıq tədbiri keçirilib.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK), ƏMDK yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Şəki Ərazi İdarəsinin, Şəki rayon İcra Hakimiyyətinin, yerli icra nümayəndələri və bələdiyyələrin, o cümlədən hazırda ölçmə işlərinin aparıldığı və qarşıdakı dövrdə çöl-ölçmə işlərinin aparılacağı kəndlərin (İnçə, Zunut, Baş Laisqi, Baş Göynük, Aşağı Göynük kəndlərinin) icra qurumları və bələdiyyələrinin nümaynədələri, eləcə də KfW Bankının, “GFA/GCİ Consortium” şirkətinin, ölçmə işləri aparan şirkətlərin nümaynədələri, rayon ictimaiyyəti və mətbuat təmsilçiləri iştirak edib.
Gəncə şəhəri və və Şəki rayonunda həyata keçirilən "Azərbaycanda Kadastr və Daşınmaz Əmlakın qeydiyyatı Layihəsi» Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur.
Bu məqsədlə layihə ərazilərində torpaq sahələri yüksək dəqiqliyə malik müasir avadanlıqlarla ölçülür, pay torpaqlarının və həyətyanı sahələrin faktiki ölçüləri və sərhədləri dəqiqləşdirilir. Eləcə də, ərazidəki daşınmaz əmlakların sənədləri öyrənilir. 255 min hektar ərazini əhatə edən Layihənin icrasına 2013-cü ilin oktyabrından başlanılıb və 2016-cı ilin aprelinə layihənin yekunlaşdırılması nəzərdə tutulur. Layihə Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə, Almaniyanın “GFA/GCİ Consortium” məsləhətçi şirkəti tərəfindən həyata keçirilir.
Tədbir çərçivəsində“Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi, bu layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verilib. Layihənin ekspertləri tərəfindən iştirakçılara “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsinin reallaşması nəğicəsində dövlət qurumları və xidmətləri, yerli biznes və əhalinin (daşınmaz əmlak sahibləri) əldə edəcəyi faydalar barədə geniş izahat verilib.
Tədbirdə qeyd edilib ki, daşınmaz əmlaklarla bağlı elektron kadastr bazasının yaradılması indiyədək ortaya çıxan qeyri-dəqiqliklərin aradan qalxmasına şərait yaradacaq. Ölçmə işlərinin yüksək dəqiqliklə aparılması torpaq sahələrinin sərhədlərini dəqiq (10-30 santimetr) müəyyən etməyə imkan verir. Layihə vasitəsilə məlumatların dəqiqləşdirilməsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesinin də təkmilləşdirilməsinə kömək edəcək. Bu, torpaq və əmlak sahiblərinə əmlaklarından daha səmərəli istifadə etmək imkanını yaradacaq, daşınmaz əmlak bazarının inkişafı və stimullaşdırmasını təmin edəcək.
Nəhayət, daşınmaz əmlaklarla bağlı məlumatların tamamilə dəqiqləşməsi daşınmaz obyektlər üzrə əmlak vergilərinin hesablanmasına və yığılmasına imkan yaradacaq.
Agahlıq tədbirində yerli icra qurumlarının və bələdiyyələrin nümaynədələri təmsil etdikləri ərazilərdə bir çox torpaqların sərhədlərinin qeyri-dəqiq müəyyən edilməsi və koordinatlarının reallığa uyğun gəlməməsi halları və belə halların yaratdığı problemlər barədə geniş məlumat veriblər. Qeyd edilib ki, indiyədək mövcud olan qeyri-dəqiq məlumatlar çoxsaylı torpaq mübahisələrinin yaranmasına səbəb olur, torpaqların qeydiyyatında problem yaradır, eləcə də, onların səmərəli istifadəsinə mane olur. Tədbirdə xüsusi qeyd edilib ki, həyata keçirilən «Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi» çərçivəsində aparılan çöl-ölçmə işləri bu problemlərin həllinə şərait yaradacaq.
Tədbirdə iştirakçıların çoxsaylı sualları geniş cavablandırılıb və qeyd edilən mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info