Daşqın Şikarovun Pakistan KİV-də geniş məqaləsi dərc olunub
Tarix: 24.02.2015 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun bu ölkə mətbuatında “Dağlıq Qarabağ münaqişəsi: mənbəyi, hazırkı durumu, hüquqi aspektləri” adlı məqaləsi çap olunub.
Səfirlikdən bildiriblər ki, məqalə Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer”, “Navai Vakt”, “Al-Azkaar” qəzetləri, “Centreline” və “Pakistan in the World” jurnalları, həmçinin “DNA News” informasiya agentliyində yayımlanıb.
Məqalədə, Dağlıq Qarabağın Gülüstan və Türkmənçay sazişlərinin imzalanması və birinci Dünya müharibəsindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycana köç etdikləri və Azərbaycanın tarixi torpağı olan İrəvan xanlığında Ermənistanın yaradıldığı vurğulanıb.
Bildirilib ki, 1905-ci və 1907-ci illərdə, həmçinin 1918-ci ilin mart ayında Bakıda və Azərbaycanın digər şəhərlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı siyasəti tətbiq edilib, nəticədə on minlərlə günahsız mülki insan qətlə yetirilib. Səfir bir sıra tarixi faktları qeyd edərək bildirib ki, 70 il Sovet dövrü ərzində Ermənistan Azərbaycanın torpaqları hesabına genişlənib, burada yaşayan azərbaycanlılar Azərbaycanın Kür-Araz düzənliyi və Muğana köçürülüb və nəhayət 1988-ci ildə Azərbaycana ərazi iddialarını irəli sürən Ermənistan burada yaşayan 200 mindən çox azərbaycanlını öz dədə-baba torpaqlarından didərgin salıb.
Eyni zamanda 1961-1963-cü illərdə 226 min erməni xarici ölkələrdən Ermənistan SSR-yə köçürülüb.
Məqalədə, 1988-ci illərin sonunda Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin özünə birləşdirmək xülyasına düşdüyü, bu istiqamətdə bir sıra qanunsuz hüquqi aktların qəbul edildiyi vurğulanıb. Sumqayıt hadisələrindən yazan D.Şikarov, çaxnaşmaların əvvəlcədən planlaşdırılmış təxribat xarakterli bir aksiya olduğunu bildirib.
Qeyd edilib ki, cinayətin əsas icraçılarından biri erməni mənşəli Edvard Qriqoryan olub.
Səfir münaqişənin hərbi fazasında diqqətini cəlb edərək, 1991-ci ilin sonunda başlayan hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağ və ətrafındakı 7 rayon daxil olmaqla Ermənistan tərəfindən Azərbaycanın 20 faizə yaxın ərazilərinin işğal olunduğunu vurğulayıb. Hərbi münaqişə nəticəsində 1 milyon azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb.
Diplomat bildirib ki, Ermənistan Azərbaycan ərazilərinin işğalı, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparması, hərbi cinayətlərin törədilməsi, qondarma “DQR” separatçı rejiminin yaradılmasına tam məsuliyyət daşıyır.
Məqalədə, Xocalı soyqırımına xüsusi yer ayrılıb, bu cinayətin təfsilatları açıqlanıb. Bildirilib ki, Sovet ordusunun motoatıcı alayının dəstəyi ilə erməni hərbi hissələri üzün müddətdir ki, mühasirədə olan Xocalıya hücum nəticəsində aralarında uşaq, ahıl, qadınlar olmaqla 613 nəfər mülki insan xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər yaralanıb, 150 nəfər itkin düşüb, mindən çox insan girov götürülüb.
Səfir, Xocalı soyqırımının ermənilər tərəfindən düşünülmüş bir soyqırımı aksiyası olduğunu qeyd edərək, buna sübut kimi qətliamın icraçılarında biri olan Ermənistanın hazırkı prezidenti Serj Sarkisyandan sitat gətirib.
Qeyd edilib ki, 26 fevral 1992-ci ildə ermənilər Xocalıda əsrin ən qəddar və amansız soyqırımı aktını həyata keçiriblər. Bu gün ermənilərin 1915-ci ildə qondarma “soyqrıma” məruz qalmalarının 100 illiyini qeyd etməsi, əslində ermənilərin özlərinin 1905, 1907, 1918, 1973-94 və 1992-ci illərdə həyata keçirtdiyi cinayətlərdən dünya dövlətlərinin diqqətini yayındırmaqdır.
Məqalədə münaqişənin hüquqi aspektlərinə həsr edilmiş paraqrafında BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü və siyasi suverenliyini təsdiqləyən, həmçinin işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyri-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin qəbul edildiyi bildirilib. Bildirilib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılmış separatçı qurumun qeyri-qanuniliyi beynəlxalq səviyyədə dəfələrlə təsdiq edilib. Ermənistanın tam nəzarətində olan qondarma “Dağlıq Qarabağ Respublikası” beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək məqsədi ilə ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupu yaradılıb, lakin indiyə qədər bu qrupun fəaliyyəti, həmçinin bu istiqamətdə atılan digər cəhdlər Ermənistanın heç bir qanunlara məhəl qoymaması səbəbindən nəticəsiz qalıb”.
Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe haqqında yazan səfir, Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını bildirib, bu ölkənin Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəklədiyini yazıb.
Qeyd edilib ki, Pakistan Senatı tərəfindən qəbul edilmiş qətnamələrində Pakistanın qanunverici orqanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib, BMT TŞ-nin qətnamələrinin icra edilməsini, həmçinin işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın qeyd-şərtsiz çıxmasını tələb edib.
Qardaş Pakistana tutduğu mövqeyə görə dərin minnətdarlığını bildirən səfir, bu addımın Pakistan dövlətinin ədalət prinsiplərinə sadiqliyi, beynəlxalq hüquqa hörməti və səmimi dostluğun təzahürü kimi qiymətləndirib.
Məqalənin sonunda D.Şikarov Dağlıq Qarabağ münaqişəsinin regionda böyük təhlükə yaratdığını, bu münaqişənin beynəlxalq hüquq normaları əsasında tezliklə həllinin regionda sülh və tərəqqiyə yol açacağını qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info