Azərbaycan və İran bir sıra sənədlər imzalayıblar
Tarix: 24.02.2015 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


İran və Azərbaycan Sərhəd Qoşunları komandanlarının Tehranda keçirilən 8-ci iclasında iki ölkə arasında bir neçə anlaşma memorandumu imzalanıb.
"Mehr" agentliyinin verdiyi məlumata görə, sənədləri Azərbaycanın Sərhəd Qoşunları komandanı, general-polkovnik Elçin Quliyev və onun iranlı həmkarı general-mayor Qasım Rezayi imzalayıblar.
Q.Rezayi azərbaycanlı həmkarı ilə keçirdiyi görüşdə qaçaqmalçılıq, sərhəddən icazəsiz keçmə, qanunsuz ov və digər məsələləri müzakirə etdiyini bildirib. O deyib ki, tərəflər bu iclasların sərhəd bölgəsinə yaxın şəhərlərdə keçirilməsi məsələsi üzrə də razılığa gəliblər.
İranlı general İran-Azərbaycan sərhədlərinin ən təhlükəsiz sərhədlər olduğunu qeyd edib.
E.Quliyev İran Polis Qüvvələrinin baş komandiri İsmail Əhmədi Müqəddəm ilə də görüşüb və müzakirələr aparıb.
Trend-in "IRIB" agentliyinə istinadən verdiyi məlumata görə, İ.Ə.Müqəddəm terrorizm və narkotik qaçaqmalçılığı ilə mübarizənin iki ölkə üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info