Nihad Allahyarlı yeni yaradılan departamentə rəhbər təyin edilib
Tarix: 24.02.2015 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universiteti İnnovativ Biznes İnkubatorda rektor Ədalət Muradovunda iştirak etdiyi müşavirə keçirilib. Müşavirədə Azərbaycan Dövlət İqtisad Universiteti, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yaradılan İnnovativ Biznes İnkubatorun yarandığı gündən bu günə kimi, keçən zaman ərzində gördüyü işlər, əldə etdiyi uğurlar müzakirə olunub.
Müşavirənin nəticəsi olaraq yeni bir departamentin yaradılması haqqında qərar qəbul edilib və quruma rəhbər təyin olunub. İBİ nəzdində olan yeni departament Layihələr və Kommunikasiya Departamenti adlanır və departament 2 sektordan, 9 əməkdaşdan ibarətdir. Departamentin vəzifəsi İnnovativ Biznes İnkubator üçün qrant və partnyor layihələrin hazırlanması və icra etməsi prosesini həyata keçirməklə yanaşı, inkubatora daxil olan start up-larla iş prosesinin təkmilləşdirilməsini, ölkədəki start up cəmiyyətləri ilə inkubatorun qarşılıqlı əlaqəsinin qurulmasını və inkubatorun istər dövlət, istər özəl sektorla komunitiv şəkildə çalışmasını təmin etməkdir.
Müşavirədə departamentə Nihad Allahyarlı rəhbər təyin olunub.
Qeyd edək ki, N.Allahyarlı AN projects - "AN PROJECT management group" şirkətinin direktoru, ölkə daxili 47-dən çox layihənin müəllifi və layihə rəhbəri, həmçinin Pecha Kucha Night, World Pinhole Day kimi dünya miqyaslı layihələrin Azərbaycanda ölkə üzrə meneceridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info