Qadın otüstü xokkeyçilərimiz beynəlxalq turnirdə üçüncü olub
Tarix: 24.02.2015 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Azərbaycanın qadın otüstü xokkeyçilərindən ibarət millisi Dünya Xokkey Liqasının ikinci mərhələsini üçüncü pillədə başa vurub.
Uruqvayın Montovideo şəhərində təşkil olunan yarışda üçüncü yer uğrunda Meksika millisi ilə qarşılaşan millimiz rəqibini 5:0 hesabı ilə məğlub edib. Final görüşündə isə Uruqvaydan 4:0 hesabı ilə üstün olan İtaliya xokkeyçiləri turnirin qalibi adını qazanıblar. Millimiz turnirdə Trinidad-Taboqo kollektivinə 5:1, Fransa yığmasına 3:2, Keniya və Dominikan Respublikası xokkeyçilərinə 5:0 hesabı ilə qalib gəlib. Qızlarımız İtaliya millisinə 4:0 hesabı ilə məğlub olublar. Qeyd edək ki, turnirin finalçıları Dünya Hokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanıblar. Millimizin də belə bir şansı var. Martda Hindistanın Dehli və İrlandiyanın paytaxtı Dublində keçiriləcək analoji yarışların yekununda isə üçüncü yeri tutan komandalar arasında ən yüksək reytinqə malik komanda növbəti mərhələyə çıxmaq hüququ qazanacaq.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“Neftçi” səfərdə “Sabah”ın qapısından iki cavabsız top keçirib
19.04.2019
Sumoçumuz Avropa çempionatında iki qızıl medal qazanıb
19.04.2019
Messi Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu oldu
19.04.2019
UEFA Avropa Liqasının bütün yarımfinalçıları məlum olub
19.04.2019
Futbol üzrə Şotlandiya millisinin baş məşqçisi istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info