“Avropa öz gələcəyini Amerika qələmi ilə yazmamalıdır”
Tarix: 24.02.2015 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


“Le Figaro”: “Avropa onu bayrağındakı 51-ci ulduza
çevirmək istəyən Amerika Birləşmiş Ştatlarının tabeliyindən çıxmağa çalışmalıdır”


“Qərb rusdilli regionlarda yaşayanların hüquqlarını bərpa etməyə çalışan prezident Putini şərləməyə çalışır”. Bu fikirlər fransız siyasətçisi Filipp de Vilyeyə məxsusdur. Fransada prezidentliyə keçmiş namizəd, “Fransa Uğrunda Hərəkat” partiyasının təsisçisi olan Vilye “Le Figaro” qəzetinə verdiyi müsahibədə qeyd edib ki, Avropa onu bayrağındakı 51-ci ulduza çevirmək istəyən Amerika Birləşmiş Ştatlarının tabeliyindən çıxmağa çalışmalıdır.
Fransalı siyasətçi prezident Fransua Ollandın Minsk müqaviləsinin imzalanmasındakı rolunu da yüksək qiymətlədirib. Bununla yanaşı, o, Fransanı bundan sonra ABŞ-ın göstərdiyi təzyiqlərə müqavimət göstərməyi davam etdirməyə çağırıb: “Avropa artıq bundan sonra öz gələcəyini ABŞ qələminin köməyi ilə yazmamalıdır. Fransa prezidentinin son fəaliyyəti, ABŞ qaydalarını nəzərə almadan əsl dövlət başçışı kimi hərəkət etməyi təqdirəlayiqdir. O, ABŞ-ın NATO-nun Ukraynaya giriş tələbinə müqavimət göstərə bildi. İndi Fransa bu addımları kənarda da davam etdirməlidir. Olland Rusiya tərəfindən ödənilmiş bir milyard avro dəyərində “Mistral” gəmilərini Rusiyaya verməklə, Fransa tərəfindən imzalanmış ticarət razılaşmasına riayət etməlidir”. Fransız çiyasətçi Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar qarşı da çıxış edib: “Olland hərbi fəaliyyətlə nəticələnən sanksiyaları da ləğ etməlidir. Unutmaq lazım deyil ki, Rusiyadan daha çox Fransa iqtisadiyyatına böyük zərər vuran bu sanksiyaların ABŞ iqtisadiyyatına təsiri yoxdur”. Siyasətçi bir daha qeyd edir ki, Vaşinqton Rusiya prezidenti Vladimir Putini Qərbin gözündə “qisasçı” kimi təqdim etməklə, Avropanı öz bayrağında 51-ci ulduz kimi görmək istəyir. Elə etmək lazımdır ki, avropalılar NATO-ya itaət etsinlər. Bunun üçün ən yaxşı bəhanə Putindir. Amerikadan fərqli olaraq fransalı siyasətçi Filipp de Vilye Putini Ukraynanın parçalanmasında maraqlı olmayan şəxs kimi təqdim edib: “O, yalnız Ukraynanın rusdilli əhali yaşayan regionlarında rus dilinin tanınması və NATO-ya münasibətdə neytral qalmasını istəyir”. Velyenin mülahizəsinə görə, son hadisələr Fransadan fərqli olaraq, Rusiyada vətənpərvərliyi yüksək səviyyəyə qaldırıb.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info