“Əli Kərimli partiya üzvlərini şantaj edir”
Tarix: 24.02.2015 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Heç bir yerdə işləməyən Əli Kərimlinin oğlu Londonda necə oxuyub?
Bir müddət əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri müavini postundan, daha sonra isə partiya sıralarından istefa verən Razi Nurullayev keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirdi. R.Nurullayev bildirdi ki, siyasətdən getmir: “Azərbaycanda yeni siyasi yöntəmin yaradılmasına çalışacağam.

Yeni siyasi təşkilat yaradacağam. Bunun hansı formada olmasını yaxın zamanlarda açıqlayacağam". Sözlərinə "Axırıncı aşırım" filmindən Kərbəlayinin "mənə dəyən sənə dəysəydi, gündə 3 dəfə silah götürərdin" sitatı ilə başlayan R.Nurullayev qeyd etdi ki, onun üçün ömrümün müəyyən hissəsini sərf etdiyi partiya və onun sədri haqqında danışmaq çətindir: "Partiyanı yeniləmək lazımdır, amma bu, o deməkdir ki, yalnız sədr Əli Kərimliyə xidmət edən gəncləri irəli çəkək. Bu, partiyada hələ də qınaq və dartışma mövzusu olaraq qalır. Pariyada çox insan aşağılanıb". O, bildirdi ki, partiyada bəzən 4-5 saat davam edən iclasın çox hissəsi “Facebook” səhifəsində sədrin statuslarının layklarının sayılmasına gedirdi: "Bu qədər xırdalıqlara getmək düzgün ola bilməz. Laykları saymaq düzgün siyasət ola bilməz. Mən bu xırdalıqların hər zaman əleyhinə olmuşam". R.Nurullayevin sözlərinə görə, “Facebook”da partiya üzvlərinə yüzlərlə saxta profil yaratmaq tapşırılıb: "Bəzilərinin 100-110 saxta profili var idi. “Facebook”da şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın idarə heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var".
AXCP sədrini keçmiş müavini bildirdi ki, hər dəfə bütün cəbhəçilərdən "Azadlıq" qəzetinə abunə olmaları tələb edilib: "Bu günədək rayon şöbələrinin rəhbərlərinin heç biri "Azadlıq" qəzetində işıqlandırılmayıb. Qəzet bir nəfərin marağına xidmət edə bilməz. AXCP-nin 70-dən çox rayon şöbəsi var və sədri var. Görün bircə dəfə onlardan hansısa birinin fikri gedib?". O, həmçinin partiya sədri Əli Kərimlinin partiyanın digər üzvlərinə qarşı şantajdan istifadə etdiyini bəyan etdi: "Partiya üzvlərinə qarşı şantaj yolunun seçilməsi doğru deyil. Əgər bir sədr ki, özü şantaja məruz qalıbsa və buna baxmayaraq, özü də digərlərinə qarşı şantajdan istifadə etməsi qətiyyən düzgün deyil". Onun sözlərinə görə, artıq köhnə "cəbhəçi"lər partiyada nə baş verdiyini anlamağa başlayıb və artıq onlar sədr Əli Kərimliyə tabe olmaq istəmirlər: "Əli Kərimli məni evinə dəvət etdi. Orada ağır söhbətimiz oldu. Mən aldığım məlumatlardan şok yaşadım. Mənə dedi ki, " ABŞ və Böyük Britaniya səfirliyi səninlə bağlı faktlar təqdim edib". Belə çıxır ki, ABŞ və Böyük Britaniya səfirliyi siyasətçiləri dinləmə aparatları quraşdırıb və onlar hər bir siyasətçini dinləyirlər, həmin səfirliklər siyasətçiləri dinləyib, Əli Kərimliyə məlumat verirlər. Mən buradan ABŞ və Böyük Britaniya səfirliyinə müraciət edirəm. Bununla bağlı həmin səfirliklərə məktub göndərəcəyəm. Necə ola bilər ki, həmin səfirliklər mənimlə bağlı Əli Kərimliyə məlumat ötürür? Mənim ABŞ və Böyük Britaniya səfirlikləri ilə gözəl münasibətlərim olub, indi də var. Onlarla əməkdaşlığımı bundan sonra da davam etdirəcəyəm, amma bu məsələyə aydınlıq gətirilməldiir".
R.Nurullayev AXCP sədri ilə danışıqlarını bildirdi: "Əli Kərimli mənə bildirdi ki, sən gedən yolu mən artıq qayıtmışam. Mənim heç bir getdiyim yol yoxdur. Ümumiyyətlə, satqınlıq məfhumunu qəbul etmirəm. Mənə dedi ki, səninlə bağlı məlumatlar alırdım. Əli Kərimli partiya sədri ola bilməz. Amma AXCP-də lider olmağa layiq insanlar var. O, sədrlikdən getməlidir. Siyasətdən getməsin, amma partiya sədrliyindən çıxsın. Nə qədər sədr olmaq olar? Hesab edirəm ki, o da bunu başa düşüb və yaxın zamanlarda bunun şahidi olacaqsınız".
O, Əli Kərimli və AXCP ilə bağlı maliyyə məsələlərinə də toxundu: "Pul məsələlərini özündən və yaxın olduğu 2-3 nəfərdən başqa heç kim bilmirdi. Mən heç zaman AXCP-dən maaş almamışam. Digərlərinə gəlincə, onların maaş alıb-almadığını bilmirəm. Əli Kərimlinin özünə gəlincə, bilirsiniz ki, o işləmir. Onun ən kiçik oğlu Londonda doğulub. Oğlu orada ən bahalı universitetdə necə oxudu? Bu haradan ödənilirdi? Oğlu və qızı Bakıda ən bahalı özəl məktəbdə oxuyub. Onun pulu haradan gəlirdi?"

“AXCP-də hər şey şəxsi maraqlarla idarə olunur”
R.Nurullayev onu da bildirdi ki, AXCP sədri Əli Kərimli partiyada gənclərə yer verdiyini desə də, əslində həyatını AXCP -yə həsr edən yaşlı nəsil sıxışdırılır: “Çünki onlar gözlərini açıb reallığı görür, yenilik istəyirlər. Suraxanı şöbəsinin sədrini məcburən uzaqlaşdırdılar və Əli Kərimlinin cangüdənini təyin etdilər. Partiyada hər şey şəxsi maraqlarla idarə olunur”. O, bundan əvvəl də partiyadan istefa verənlərin Ə.Kərimlinin şantajının qurbanı olduğunu vurğuladı: “Məsələn, şəhərdə velosiped alıb, sürürdüm, gəlib sosial şəbəkədə şəhərin gözəlliyi barədə yazsam, məni vətən xaini elan edirdilər. Bundan əvvəlkilər Asəf Quliyev, müşavirlərdən biri də bunun qurbanı oldu. Bir xanıma qarşı porno kasetlə şantaj nə deməkdir? Halbuki Əli Kərimli özü həmişə şantaja qarşı olduğunu bəyan edib”.

“Əgər Əli Kərimli mitinqə çağırış etsə heç kim gəlməyəcək”
Gələnlər “mən ölüm, sən ölümlə” gələn insanlardır

Bu gün siyasi partiyaların, o cümlədən AXCP-nin virtual olmasında əsas səbəbi bir qədər siyasi şəraitlə bağlı olduğunu deyən Razi Nurullayev bildirdi ki, bununla yanaşı, tədbirlərin keçirilməsi üçün icazəli aksiyaların keçirilməsinə icazə verilirdi: “Kifayət qədər də şəhərin mərkəzidir. Həqiqət budur ki, xalqın dəstəyi yoxdur. 3-4 min adam gəlirsə, məcburi gəlirdi. Bunu Müsavat Partiyası, AXCP, Milli Şuranın da mitinqində gördünüz. Xalq qoşulmur, əgər 9 milyon xalqın 10-15 min nəfəri gəlirsə, gələnlərin kütlənin içərisində tanımadığımız simalar yoxdursa, demək xalq yoxdur. Biz bilirdik ki, gələn insanlar kimdir. Gələnlər “mən ölüm, sən ölümlə” gələn insanlardır. Niyə? Çünki xalqın inamı qırılıb. Bizim milyonlarla xalqımız etiraza qalxan xalq idi. Bu xalqın inamını Əli Kərimli qırdı. Əgər bu gün də çağırış etsə heç kim gəlməyəcək. Ona görə də Əli Kərimlinin xidməti o olar ki, kənara çəkilsin, ən azından AXCP rəhbərliyindən əl çəksin”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info