Avropa İttifaqı yeni sistemi sınaqdan keçirir
Tarix: 24.02.2015 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı Şengen sazişi ölkələrinə gedən insanların yoxlanması və identifikasiyası ilə bağlı yeni sistemini sınaqdan keçirir. Avropa İttifaqının bu pilot layihəsi “Ağıllı sərhədlər” adlanır. Layihə həyata keçirilərkən Şengen sazişi ölkələrinə həmsərhəd yerlərdən gələn adamların fotoşəkli çəkiləcək, barmaq izləri götürüləcək, göz bəbəklərinin şəkli çəkiləcək.
Layihə Şengen ölkələrinin xarici sərhədlərinin idarə edilməsinin təkmilləşdirilməsinə yönəlib. Bu layihənin digər məqsədi isə qeyri-leqal immiqrasiya ilə mübarizə aparmaq, viza rejimini pozanlar haqqında məlumat əldə etmək, səyahətçilər üçün sərhəddən keçidi sadələşdirməkdir.
İlk sınaq yerlərindən biri Stokholmun Arlanda beynəlxalq aeroportu olacaq.
Arlandaya gələn sərnişinlərdən təkcə fotoşəkil çəkdirmək xahiş olunacaq, Parisin Şarl de Qoll aeroportuna çatanlardan 8 barmağın izi götürüləcək, Lissabon aeroportunda isə göz bəbəklərinin şəkli çəkiləcək.
Həmçinin Finlandiyanın, Yunanıstanın və Rumıniyanın şərq sərhədlərinə gələnlərin həm barmaq izləri götürüləcək, həm də bəbəklərinin şəkli çəkdiriləcək. Qeyd edək ki, yeni layihənin indiki sınaq mərhələsində sərnişinlər yuxarıda təsvir olunan yoxlamadan keçməkdən imtina edə bilərlər. Lakin güman edilir ki, yeni sistemin uğurlu tətbiqi nəticəsində bu qaydalar tədricən Avropa İttifaqının sərhəd-yoxlama məntəqələrində mütləq olacaq.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info