“Azərsun Holdinq”: “Qiymət artımının olacağı gözlənilmir”
Tarix: 25.02.2015 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Azərbaycan iqtisadiyyatının əksər sektorlarında təmsil olunan "Azərsun Holdinq" manatın məzənnəsindəki dəyişikliklərdən sonra topdan və pərakəndə satış məntəqələrində qiymət artımının baş verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov “APA-Economics”ə açıqlamasında deyib ki, qonşu dövlətlərdə yaşanan iqtisadi problemlər nəticəsində onların milli valyutaları hətta 100%-dən çox dəyərdən düşüb, müəyyən ərzaq qıtlığı, ərzaq böhranı yaşanır: "Azərbaycanda bu gün vəziyyət həmin ölkələrlə müqayisə oluna bilməz. Ölkəmizdə vəziyyət qat-qat yaxşıdır. Qeyd edək ki, Azərbaycanda "Azərsun Holdinq"in uzun illər həyata keçirdiyi sistemli fəaliyyət nəticəsində milli şirkətlərimiz daxili istehsal imkanlarını genişləndirir. Hal-hazırda Azərbaycanın ərzaq təhlükəsizliyində mühüm rol oynayan "Azərsun Holdinq" bəzi məhsullarının tamamilə istehsalını ölkədə həyata keçirməyə nail ola bilib. Bu kimi məhsullarda qiymət artımından söhbət gedə bilməz. Məzənnə siyasəti həyata keçirilən zaman biz də müşahidə etdik ki, bəzi işbazlar vəziyyətdən sui-istifadə edərək ajiotaj yaratmağa cəhd göstərir, müəyyən süni qiymət artımının həyata keçirilməsinə cəhdlər ediblər. Bununla əlaqədar olaraq "Azərsun Holdinq"də işçi qrupu yaradılıb, dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstəririk”.
A. Səfərov deyib ki, hazırda "Azərsun Holdinq"in məhsullarında heç bir qiymət artımı olmayıb: "Hazırda qiymət artımının olacağı gözlənilmir. Bizim tərəfimizdən davamlı iş aparılır ki, daxili imkanlar bundan sonra daha da genişləndirilsin. Ölkədə xammal ehtiyatlarının təmin olunması istiqamətində böyük layihələrin zərurətinin bir daha şahidi olduq".




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info