Pakistanda Xocalı faciəsinə həsr edilmiş tədbir
Tarix: 25.02.2015 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Pakistanın Preston Universitetində Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş “Xocalı soyqırımı-insaniyyətə qarşı cinayət” adlı seminarı keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, aparıcı universitetlərinin rektorları və professorları, Türkiyə, Özbəkistan, Qazaxıstan, Ukrayna, Yəmən, Türkmənıstan və digər ölkələrin səfirləri, diplomatlar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilib.
Preston Universitetinin rektoru professor Əbdül Basit konfrans iştirakçılarını Ermənistan-Azərbaycan konfliktinin mahiyyəti haqqında məlumatlandırıb.
O, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və daha 7 rayonunun zəbt olunduğunu vurğulayıb, işğal nəticəsində 1 milyon insanın qaçqın və köçkün həyatını yaşadığı , 20 min insanın öldürüldüyünü bildirib.
O, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımını bu münaqişənin ən qanlı və faciəli səhifəsi adlandırıb.
Beynəlxalq İslam Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı Manzur Afridi, Preston Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı Soheyl Mahmud və Müasir Dillər Universitetinin professoru Attik Ur Rehman öz çıxışlarında, Xocalıda dinc əhaliyə qarşı erməni yaraqlılarının etdiyi vəhşiliklər barəsində danışıblar.
Tədbirin sonunda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edib.
Səfir öz nitqində, Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı haqqında geniş məlumatlar verib.
D. Şikarov Dağlıq-Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə, 01.02.2012-ci il tarixində Pakistan Senatı tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını ittiham edən, həmçinin 05.10.2014-cü il tarixində Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyən qətnamələrin qəbul edilməsinə görə Pakistan senatı və xalqına bir daha dərin minnətdarlığını bildirib. Özlərini dünya mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu və 20-ci əsrin əvvəllərində qondarma soyqırımına məruz qaldıqlarını iddia edən ermənilər barəsində danışan natiq, elə həmin əsrin sonlarında özləri günahsız insanlara qarşı ağlasığmaz barbarlıq aktına əl atdığını vurğulayıb.
Seminarın rəsmi hissəsindən sonra, səfir Daşqın Şikarov TRT, Such, GEO və Dawn televiziya kanallarına müsahibə verərək Xocalı soyqırımı haqqında danışıb.
Bildirib ki, bu kimi hadisələrin gələcəkdə də təkrar olunmaması üçün Xocalı soyqırımına bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən lazımı hüquqi qiymət verilməlidir.
Tədbirin keçirildiyi zalda Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi nümayiş etdirilib.
Tədbirdən sonra səfirlik tərəfindən İslamabad şəhərində yerləşən Bari İmam ziyarətgahında Xocalı şəhidlərinin ruhuna ehsanlar paylanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info