BMT-nin İKT-nin inkişafı üzrə mərkəzi universitetimizdə seminar təşkil edib
Tarix: 25.02.2015 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində, İnformasiya və Kommunikasiya Texnologiyasının İnkişafı üzrə BMT-nin Asiya və Sakit Okean Təlim Mərkəzi (UN-APCICT) ilə birgə təşkil etdiyi “Bügünün Gəncləri Sabahın Liderləri” layihəsi çərçivəsində “İT Layihələrinin idarəedilməsi” mövzusunda seminar təşkil edilib. Seminarda 20-dən çox müəllif və tələbələr iştirak edib. Seminarın əsas məqsədi UN-APCİCT-in hazırladığı eyni adlı dərslik vəsaitini burada tanıtmaq və onun lokallaşdırılması üçün addımlar atmaqdır.
Qeyd edək ki, APCICT 2006-cı il 16 iyul tarixdə BMT-nin Asiya və Sakit Okean Ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) regional təşkilatı kimi yaradılıb. Təşkilat İKT-dən istifadə etmək yolu ilə həm cəmiyyətlərin inkişafına kömək etmək, həm də Minilliyin İnkişaf Məqsədərinə çatmaq üçün yaradılıb. Buna UN-APCICT treninqlər vasitəsi ilə nail olur. Təlimlər həm üz-üzə, həm də onlayn üsulları ilə aparılır. İndiyə kimi keçirilən təlimlərə 120 ölkədən 12000 nəfər cəlb olunub. UN-APCICT-nin əsas proqramı hesab edilən “Dövlət məmurları üçün İKT-nin əsasları üzrə Akademiya”-nın təlimləri 11 təlim modulu üzrə təşkil edilir: Bununla yanaşı, 2011-ci ildən başlayaraq UN-APCİCT modulların sayını artırmaq və eyni zamanda hədəf auditoriyasını genişləndirərək artıq universitet tələbələri üçün İKT-nin inkişafı mövzusunun tətbiqi layihəsinə başlamışlardır və “Primer 1: Introduction to ICT Applications” adlı bakalavr pilləsi üçün dərs vasaiti hazırlayıb. Qafqaz Universitetinin əməkdaşları bu layihə çərcivəsində 24-28 Oktyabr 2011 ci tarixlər arasında Cənubi Koreyanın Cheonan şəhərində təşkil edilmiş beynəlxalq forumda iştirak etmiş və sözü gedən layihənin ilk dəfə Azərbaycanda tətbiq edilməsi və pilot universitet kimi layihəni davam etdirməyi təklif edib. Bu əməkdaşlığın növbəti addımı olaraq 08-10 Fevral 2012 il tarixləri arasında Qafqaz Universitetinin magistr tələbələri, müəllim və professor heyətinin iştirakı ilə 3 günlük seminar təşkil edilib. Seminarda UN-APCİCT-nin direktoru və sözü gedən kitabın redaktoru və müəlliflər heyyətinin sədri prof. Usha Redi iştirak edib. Seminar profş Usha Redi tərəfindən təqdim edilib. Məqsəq yuxarıda adı çəkilən kitabın təqdimatı və Azərbaycan universitetlərində bu dərs vəsatini tədris olunma metotlarının öyrənilməsi idi. Bu layihə çərçivəsində növbəti addım olaraq Azərbaycanın 12 universitetindən 55 bakalavr tələbələrinin iştirakı isə artıq İKT-nin müxtəlif sahələrdə tətbiqi, metodları və layihələrin idarə edilməsi istiqamətində seminarlar veriləcək. Seminar ərzində tələbələr ilə cari layihələr üzərində işləmək üçün praktik hissələrdə olacaq. Seminar 08-10 Fevral 2012 il tarixləri arasındakı seminarda iştirak etmiş Qafqaz Universitetinin magistr tələbələri, müəllim və professor heyəti tərəfindən təqdim ediləcək.
2012-2014 –cü illər arası daha 4 modul üzrə dərslik vəsaiti hazırlanıb. 1-ci modul üzrə dərslik vəsaiti Qafqaz Universtitetinin dəstəyi ilə Azərbaycan dilinə lokalizasiya edilib. Burada müxtəlif keyzlər, statistik məlumatlar dəyişdirilib. Azərbaycan dilində kitabın müəllifləri Anar Rüstəmov, Etibar Seyidzadə, Aysel Sadıqlıdır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info