Çexiya ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan nümunəvi saziş layihəsi hazırlanıb
Tarix: 25.02.2015 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka arasında görüş olub. Görüşdə S.Müslümov Azərbaycanla Avropa İttifaqının üzvü olan Çexiya arasında münasibətlərin inkişafından bəhs edib, iki ölkənin prezidentlərinin, eləcə də ayrı-ayrı sahələr üzrə rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin siyasi və iqtisadi, habelə humanitar əlaqələrin güclənməsinə səbəb olduğunu, qarşıdakı dövrdə daha geniş əməkdaşlıq sahələrini əhatə etməsinə imkan yaratdığını vurğulayıb.
Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizin əldə etdiyi mühüm tarixi nailiyyətlər barədə səfirə məlumat verən nazir ölkəmizdə əmək siyasətinin, habelə respublika əhalisinin 23 faizdən çoxunu əhatə edən sosial təminat sisteminin təkmilləşdirilməsi sahəsində aparılan islahatlardan da söz açıb: “Bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üçün prioritet fəaliyyət sahələrindən biri də beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Bu, bizə aparılan islahatlarda dünyanın mütərəqqi təcrübələrini öyrənməyə və tətbiq etməyə, habelə ayrı-ayrı ölkələrlə müvafiq iş sahələrində fəal təcrübə mübadilələri aparmağa imkan verir”.
Hazırda ƏƏSMN-nin Avropa İttifaqının üzvü olan bir sıra ölkələrin aidiyyatı qurumları ilə əməkdaşlıq təcrübəsinə malik olduğunu qeyd edən S.Müslümov bildirib ki, Azərbaycanla Çexiya arasında münasibətlərin getdikcə inkişaf etməsi bu ölkə ilə də əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaradıb. Ötən dövrdə sosial müdafiənin bir sıra aspektləri ilə bağlı Azərbaycandan nümayəndə heyətləri Cexiyada olaraq, bu ölkənin təcrübəsini öyrəniblər: “Lakin hesab edirəm ki, Azərbaycanla Çexiya arasında əmək, əməyin mühafizəsi və məşğulluq, peşə standartlarının hazırlanması və tətbiqi, əmək bazarı statistikasının təkmilləşdirilməsi, işçi resurslarının keyfiyyətcə yüksəldilməsi, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi və onların əmək bazarına inteqrasiyası, həssas qruplar üçün sosial xidmətlərin təşkili və digər sahələr üzrə sistemli əməkdaşlıq əlaqələrinin qurulması məqsədyönlü addım olar. Bu sahələrlə bağlı əməkdaşlığın həyata keçirilməsi üçün nümunəvi saziş layihəsi hazırlanıb və Çexiyanın aidiyyəti dövlət qurumuna göndərilməsi nəzərdə tutulub”.
V.Pivonka Azərbaycan-Çexiya münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əməkdaşlığı daim genişləndirmək əzmində olduğunu vurğulayıb. O, iki ölkə arasında əməkdaşlığın əmək və sosial müdafiə məsələlərini də əhatə etməsi, bu yöndə uğurlu addımların atılması üçün səfirlik tərəfindən müvafiq səylərin göstəriləcəyini diqqətə çatdırıb. Görüşdə Azərbaycan və Çexiya arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info