Türkiyədə Azərbaycanla bağlı ilk xəbər portalı yaradılıb
Tarix: 25.02.2015 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Anar Əsədov: “Məqsəd Azərbaycanla bağlı xəbərlərin dünya ictimaiyyətinə və Türkiyə cəmiyyətinə çatıdırılmasıdır”

Türkiyədə Azərbaycanla bağlı “haberazerbaycan.com” xəbər saytı fəaliyyətə başlayıb. Bu barədə "Haberazerbaycan"nın rəhbəri Anar Əsədov KİV-ə məlumat verib. O qeyd edib ki, saytı yaratmaqda məqsəd Azərbaycanla bağlı xəbərlərin dünya ictimaiyyətinə və qardaş Türkiyə cəmiyyətinə çatıdırılmasıdır: "Artıq qısa zamanda fəaliyyətə başlamağımıza baxmayaraq, oxucu auditoriyamız hər gün daha da artır. Saytı öz şəxsi imkanlarımız hesabına ərsəyə gətirmişik. Türkiyədə ökəmizlə bağlı fəaliyyət göstərən ilk portaldır. Hədəflərimiz böyükdür. İnanırıq ki, məqsədlərimizə nail olmaq üçün atdığımız addımlar uğurlu və daimi olacaq", - deyə A.Əsədov bildirib.
Saytın rəhbəri vurğulayıb ki, artıq Türkiyə İnternet Yayımları Birliyinə üzv olmaq üçün müraciət göndərilib.
Qeyd edək ki, Anar Əsədov Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının mətbuat katibi, Azərbaycan Gənc Diplomatlar Birliyinin Türkiyə üzrə nümayəndəsidir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info