Avstriya parlamentinin qarşısında Xocalı şəhidləri anılıb
Tarix: 25.02.2015 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi 21-də Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib. Ştefan meydanında qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilib.
Tələbə cəmiyyətinin üzvləri üzərində “Xocalıya ədalət” yazılmış böyük ölçülü şüarla meydandan keçən insanların diqqətini aksiyaya yönəldiblər, eləcə də Heydər Əliyev Fondu tərəfindən buraxılmış informasiya materiallarını və almanca hazırlanmış vərəqələri yerli sakinlər arasında yayıblar. Cəmiyyətin fəalları aksiyaya maraq göstərən insanlarla söhbət edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında göstərdiyi səylərdən bəhs ediblər.
Meydanda quraşdırmış ekranlarda Xocalı soyqırımı haqqında video və fotomateriallar, sənədli filmlər nümayiş olunub. Sonra tədbir iştirakçıları Vyana şəhərinin mərkəzi küçələri ilə Ştefan meydanından Avstriya parlamentinin önünə qədər yürüş ediblər. Şəhərin mərkəzi küçələri, Prezident Administrasiyası, Nazirlər Kabineti, bir sıra nazirliklər və mühüm dövlət strukturları yerləşən məhəllə və insanların gur hərəkət etdikləri küçələrlə gedən aksiya iştirakçıları Xocalı faciəsi haqda informasiya vərəqələrini sakinlərə paylayıblar.
Qeyd edək ki, tədbir Avstriya parlamenti önündə yekunlaşıb. Xocalı şəhidlərinin ruhunu sükutla yad edən aksiya iştirakçıları parlamentin önündəki meydanda şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq şam düzüblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info