Mövlud Çavuşoğlu TANAP layihəsindən danışdı
Tarix: 25.02.2015 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


“Türkiyə enerji asılılığını azaltmaq və enerji təhlükəsizliyini təmin etmək məqsədilə enerji dəhlizləri və enerji mənbəyi olan ölkələrə ciddi əhəmiyyət verir. Türkiyə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyini təmin etməyi hədəfə alır. Buna görə də ötən müddət ərzində Azərbaycanla strateji, çox önəmli layihələr həyata keçirib”.
Bu sözləri Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Trend-ə müsahibəsində deyib. Nazir bildirib ki, bu layihələrə bariz nümunə kimi Azərbaycan neftinin dünya bazarlarına çatdırılmasına imkan verən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini göstərmək olar: “Azərbaycanla həyata keçirdiyimiz digər layihə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməridir. Cənub Qaz Dəhlizinin “bel sütunu” hesab edilən, ölkəmizin və Avropanın enerji təhlükəsizliyini təmin edəcək TANAP layihəsi Azərbaycanla ortaq həyata keçirdiyimiz və strateji əhəmiyyətə malik digər layihədir. Bu layihənin həyata keçməsi ilə Azərbaycanın təbii qazı Avropada öz əhəmiyyətli yerini alacaq”.
Çavuşoğlu bununla yanaşı, TANAP sayəsində Xəzər bölgəsi ilə Avropa arasında təbii bir bağlantının qurulacağını dilə gətirib.
TANAP-ın eyni zamanda, gələcəyə yönəlmiş bir layihə olduğunu, gələcəkdə Türkmənistanın da bu boru xətti ilə qaz tədarük edə biləcəyini vurğulayan türkiyəli nazir deyib ki, layihənin tez bir zamanda gerçəkləşməsi üçün ciddi iş görülür: “Türkiyə TANAP layihəsinin ikinci böyük ortağı olaraq, həm “Şahdəniz-2”, həm də TANAP boru kəmərinin tikintisi üzrə layihələrin nəzərdə tutulan müddətdə həyata keçirilməsinə ciddi əhəmiyyət verir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info