Yaqub Mahmudov: “ Tarixdə “Böyük Ermənistan“ adlı dövlət olmayıb”
Tarix: 25.02.2015 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


"Biz psixoloji cəhətdən ermənilərin növbəti Sumqayıt təxribatının qarşısını almağa hazırıqmı? Mən hələ ki, buna müsbət cavab verə bilmərəm. Biz qətiyyən arxayınlaşmamalıyıq, qarşımızdakı düşmən güclüdür. Onların gücü tarixi saxtalaşdırmaq və hazırlıqlı olmalarındadır". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Sumqayıt hadisələrinin 27-ci ildönümü münasibətilə təşkil edilmiş konfransda "Azərbaycana qarşı Sumqayıt təxribatı - "Qriqoriyan işi" kitabının təqdimatı zamanı deyib. Onun sözlərinə görə, "Azərbaycana qarşı Sumqayıt təxribatı - "Qriqoriyan işi" kitabı erməni terrorçuluğunun, işğalçılığının tarixində, onların təcavüzkar psixologiyasında çox kiçik bir epizodu ifadə edir. Əslində istər 1988-ci Sumqayıt, istər 1990-cı il Bakıdakı 20 Yanvar hadisələrinin dərin tarixi kökləri var: "Uzun illərdir tarix saxtalaşdırılıb. Bizə təlqin edilib ki, Qafqazın aborigen əhalisi ermənilər və gürcülərdir, azərbaycanlılar isə vəhşi və gəlmələrdir. Bu belədirmi? Ermənilər aborigendirmi? Xeyr. Əsl həqiqət budur ki, onlar bölgəyə gəlmələrdir. Onlar "Armenia" və "erməni" adını da oğurlayıb. Onlar heç hay da deyillər. Tarixdə "Böyük Ermənistan" adlı dövlət də olmayıb. Paytaxt olaraq "Tiqranakert" adlandırdıqları şəhərin xarabalıqlarından da ermənilərə aid bircə dənə də olsun maddi-mədəniyyət abidəsi, erməni dilində yazılı kitabə tapılmayıb". Y.Mahmudov qeyd edib ki, ermənilər yüz illər boyu planlaşdırılmış, sistemli və təşkilatlanmış şəkildə iş aparıblar: "Məsələnin aydın olması üçün tarixə düzgün baxış olmalıdır. Ermənilər tarix boyu hansı imperiya güclü olubsa, onlara yaltaqlanıblar. Məsələn, ermənilər əvvəlcə Osmanlı İmperiyasına yarınmağa çalışdıqları halda, sonra Çar Rusiyasının tərəfinə keçiblər. Təki niyyətlərinə nail olsunlar. İndi azərbaycanlılara qarşı vəhşilikləri, soyqırımları törədənlər də onların törəmələridir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Bu şəxslərə verilən pul təminatı artırılır - Parlament təsdiq etdi
27.06.2019
Yeni yaradılan kommersiya məhkəmələrinin səlahiyyətləri təsdiq olundu
27.06.2019
Köçkün qəsəbələrində yaşayanlar gender mövzusunda maarifləndiriliblər
27.06.2019
“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ikinci görüş keçirilib
27.06.2019
Azərbaycanda Həcc ziyarəti üçün müraciətlərin sayı 1100-ü ötüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info