UNN: “Ukraynada mağazalar boşalır”
Tarix: 25.02.2015 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


“ Ağır iqtisadi vəziyyət əhali arasında çaxnaşma yaradıb”

Ukraynada iqtisadi böhran özünün pik həddinə çatıb. Ərzaq məhsullarının qiymətinin artması ilə yanaşı mağazalarda qıtlığın yaranması insanlar arasında ajiotaj yaradıb. Ukraynanın UNN agentliyinin məlumatına görə, artıq bir neçə həftədir ki, bahalaşma ilə bağlı anonslar verilir. Kiyevin bir neçə böyük mağazasında olan UNN-nin əməkdaşı burada gördüklərini qələmə alıb. Bildirilir ki, mağazadan yalnız əlində iki duru yağla çıxmaq mümkündür: “Yalnız iki duru yağ, iki qarabaşaq, 3 kilodan 5 kiloya qədər un, eyni miqdarda şəkər tozu alıb çölə çıxa bilərsiniz. Bir çox mağazalarda bundan artığı ilə alver edilməsinə qadağalar var”. Jurnalist qeyd edir ki, çörək, düyü, kartof və ət, süd məhsullarının satışına məhdudiyyət qoyulmur. Amma məhsul çeşidlərində ciddi azalma müşahidə edilir. Satış işi ilə məşğul olanlar hiyləgərlik edir- rəfləri daha çox öz istehsalları olan bir firmanın malları ilə doldurular. Buna rəğmən mağazaların çoxunda vitrinlər tam boş qalıb. Həmçinin bildirilir ki, dolların bahalaşması və ağır iqtisadi vəziyyət əhali arasında çaxnaşma yaradıb.
Artıq bir çoxları mağazalardan daha çox ərzaq məhsulları almaq qərarı verib və buna görə də mağazalarda rəflər tamam boşalıb. KİV yazır ki, iş o yerə çatıb ki, Ternopolda insanlar ucuz günəbaxan yağının alınması üstündə dava salıb. Bununla bağlı internetdə xüsusi videorolik də yayılıb. Videoya baxanda aşkar görünür ki, yağ üstündə növbə yaranıb və hətta əlbəyaxa dava da insanları bu növbədən çəkindirməyib. Vitrinləri boşalmış supermarket sahibləri vətəndaşlara quru sözlərlə vəd verirlər ki, həyəcana, dava və iğtişaşlara əsas yoxdur yeni məhsullara sifariş verilib.
Supermarketlərdən birinin adminstratoru Mariya KİV-ə açıqlamasında çətinliklər yarandığını etiraf edib: “Düzdür, anbarlarda məhsul qıtlığı var, amma yeni sifarişlərin baha qiymətlərlə qəbul edilməsi də bizə sərf etmir. Ərzaq çatışmazlığı kofedə, çay və digər məhsullarda müşahidə olunur”. Ukraynanın “Vesti” portalı puldəyişmə məntəqələrində çəkilmiş fotonu paylaşıb. Məlum olub ki, dolların qiyməti iki dəfə qalxıb. Belə ki, 1 dollar 40 qrivenə dəyişdirilir. Hətta bəzi məntəqələrdə dollar bundan da baha qiymətə satılır.
Yarım il əvvəl isə ABŞ dolları bu ölkədə 14 qriven dəyərində idi.


Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Yuliya Naçalova vəfat edib
5 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info