“Azərbaycana qarşı Sumqayıt təxribatı – “Qriqoriyan işi”
Tarix: 25.02.2015 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında araşdırmaçı jurnalist İbrahim Məmmədovun “Azərbaycana qarşı Sumqayıt təxribatı – “Qriqoriyan işi” kitabının təqdimatı olub. Prezident İlham Əliyevin təşəbbüsü və AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının qərarına əsasən hazırlanan kitabın təqdimatında baş prokurorun birinci müavini Rüstəm Usubov, deputatlar, tarixçi alimlər iştirak ediblər. Kitabın elmi redaktoru akademik Ramiz Mehdiyevdir.
Çıxış edən müəllif bildirib ki, kitab 335 səhifədən, 4 fəsildən ibarətdir və Azərbaycan xalqının yaxın tarixində qaranlıq mərhələ təşkil edən Sumqayıt hadisələri haqqında jurnalist təhqiqatının məhsuludur. Kitabda faktlar və sənədlər əsasında sübüt edilir ki, 26-sı erməni və 6-sı azərbaycanlı olmaqla, 32 nəfərin ölümünə səbəb olan bu hadisələr erməni fitnəkarlarının və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycana qarşı çox qəddarlıqla düşünülmüş təxribatı, ermənilərin tarixən qonşu xalqlara, birinci növbədə Qafqazın türk-müsəlman əhalisinə qarşı həyata keçirdikləri təcavüzkarlıq siyasətinin mühüm halqalarından biridir. İ. Məmmədov xatırladıb ki, Sumqayıt hadisələri zamanı 6 erməninin qətlində iştirak etmiş Eduard Qriqoryanın özü də ermənidir: “Araşdırmalar zamanı müəyyən edilib ki, ermənilər və SSRİ xüsusi xidmət orqanları bu hadisələrə əvvəlcədən hazırlıq görüblər. Əldə edilmiş faktlar sübut edir ki, Sumqayıt hadisələri Azərbaycana və Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış təxribatdır”. Müəllif qeyd edib ki, kitabda SSRİ və Azərbaycan SSR prokurorluqlarının əməkdaşları tərəfindən aparılmış istintaqın materiallarından, cinayətin icraçılarının, zərərçəkənlərin və şahidlərin ifadələrindən, məhkəmə materiallarından istifadə olunub.
Rüstəm Usubov çıxışında bildirib ki, bu kitab 1988-ci il fevralın 28-də Sumqayıt şəhərində baş verən hadisələrin sistemli şəkildə öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. O qeyd edib ki, Sumqayıt hadisələrinin əsl səbəbkarlarının və cinayətkarların tapılaraq layiqli cəzalarını almaları üçün Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən iş aparılır.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib ki, bu kitab erməni terrorçuluğunun və işğalçılığının tarixində çox kiçik bir epizodu ifadə edir.
Konfransda çıxış edən digər alim və tədqiqatçılar kitabın dünyada "erməni mifi"nin dağıdılmasında, onların yalanlarının ifşa olunmasında əhəmiyyətli rol oynayacağını vurğulayıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info