“Yəhudi və Azərbaycan xalqları soyqırımların ən böyüyü və ən əzablısına məruz qalıblar”
Tarix: 25.02.2015 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Amerika Yəhudiləri Yardım Təşkilatının( Vad L Hatzolas Nidchei Yisroel) sədri və AZİZ –in (Azərbaycan İsrail Beynəlxalq Assosiasiyası) idarə heyətinin üzvü Rav Shmel Simantov Xocalı faciəsi haqqında maraqlı fikirlər səsləndirib. Onun Xocali haqqında dediyi sözləri oxuculara təqdim edirik:
“Bir çox xalqlar tarix boyu müəyyən faciələrə və qırğınlara məruz qalıblar. Yəhudi və Azərbaycan xalqı bu faciələrin və soyqırımların ən böyüyünü və ən əzablısına məruz qalıblar. Biz yəhudi xalqı, insanlıq tarixinin ən böyük soyqırımı olan Xolokost faciəsini yaşamışıq. Yəhudi xalqının yaşadığı soyqırımı kimi Azərbaycan xalqı da Xocalıda erməni faşistləri tərəfindən soyqırıma məruz qalıb. Haqsız yerə Azərbaycan torpaqlarını işğal edən erməni faşistləri Xocalıda insanlıq tarixində görülməmiş vəhşiliklər ediblər. Günahsız qadınlar, uşaqlar yaşlılar məhz azərbaycanlı olduqları için soyqırıma məruz qalıb. Bu soyqırımı Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı edilmiş soyqırımıdır. Xocalı faciəsi insanlıq tarixinə erməni faşistləri tərəfindən yaxılan qara bir ləkə olaraq sonsuza qədər var olacaq. Biz yəhudi xalqı və Vad L Hatzolas Nidchei Yisroel (Amerika Yəhudiləri Yardım Təşkilatı) təşkilatı olaraq Azərbaycan xalqının bu kədərli və acılı günündə yanında olduğumuzu bildirmək istəyirik. Mən və mənsub olduğum təşkilat istər İsraildə, istərsə Amerikada Xocalı faciəsini təbliği üçün hər cür imkanlardan istifadə edirik. İdarə heyətinin üzvü olduğum AZİZ ( Azərbaycan İsrail Beynəlxalq Assosiasiyası) İsrailin bir çox şəhərlərində Xocalı ilə bağlı silsilə tədbirlər keçirir. Bununla bərabər sədri olduğum təşkilat istər Amerikada, istərsə də filialları olduğu bir çox ölkədə Azərbaycanın həqiqətlərini də təbliğ etməklə məşğuldur.
Biz əminik ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi ilə işğal olunmuş Azərbaycan torpaqları tezliklə azad olunacaq və bu ölkə ərazi bütövlüyü bərpa olunacaq. Tanrı Xocalı şəhidlərinə rəhmət etsin!”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info