E.Qasımov: “Xocalı soyqırımı ermənilər tərəfindən xalqımızın başına gətirilən tək müsibət deyil”
Tarix: 25.02.2015 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının 23-cü il dönümünə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirdi ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı soyqırımı XX əsrin insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətidir. O vurğuladı ki, Xocalı soyqırımı ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən tək müsibət deyil. E.Qasımov ötən əsrlərə və əsrin əvvəllərinə nəzər salaraq, “Quba , Bakı , Şamaxı,” və bu kimi bir çox soyqırımlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Xocalı faciəsinin düşünülərək, planlı şəkildə həyata keçirilmiş, insanlıq əleyhinə törədilmiş ən ağır cinayət olduğunu qeyd edən rektor E. Qasımov bildirdi ki, 1992-ci ilin fevral ayının 25-dən 26 –na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhəri işğal edildi. Mühasirəyə alınan şəhər yandırıldı. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. E.Qasımov vurğuladı ki, bu soyqırımı törədən insanlar bu gün Ermənistan dövlətinin siyasi elitasını təmsil edənlərdir. Bu isə erməni millətinin hansı insani dəyərlərə və keyfiyyətlərə mənsub olduqlarının ən böyük göstəricisidir. O, ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınacağından və bu cinayəti törədən şəxslər tarix və qanun qarşısında öz əməllərinə görə cavab verəcəklərindən əminlik ifadə etdi.
Tədbirdə iştirak edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz çıxışında bildirdi ki, Azərbaycan dövləti və xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusları və diaspor təşkilatları tərəfindən Xocalı soyqırımının tanıdılması ilə bağlı dəfələrlə və bu gündə beynəlxalq təşkilatlara müraciət edilib. Bu səylər nəticəsində artıq bir çox dünya dövlətlərinin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanımasına və pisləməsinə nail olduqlarını deyən millət vəkili, vurğuladı ki, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsi ölkəmiz üçün tale yüklü məsələdir. H.Rəcəbli həmçinin bildirdi ki, bu gün dünyada silahlar deyil, beyinlər savaşır, yəni dünyada top- tüfəng deyil informasiya müharibəsi gedir və bu müharibənin açdığı yaralar daha dərin və təhlükəlidir. Bunun üçün Azərbaycan xalqının savadlı, milli kimliyinə, dəyərlərinə və tarixinə sahib çıxan gənclərə ehtiyacı var. O, gəncləri Xocalı faciəsinin dünyada tanıdılmasında aktiv olmağa çağırdı və Xocalı soyqırımı ilə bağlı dövlətimiz tərəfindən vahid siyasət həyata keçirilməsi haqqında məlumatı onların diqqətinə çatdırdı.
Tədbirin sonunda Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən ingilis dilində hazırlanan “Xocalı soyqırımı”na həsr olunmuş video çarx nümayiş olundu.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info