Milli icmalar Xocalı şəhidlərini yad ediblər
Tarix: 25.02.2015 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Bu gün “Hillel” Yəhudi Evində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) və onun nəzdində yaranan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası tərəfindən Xocalı soyqırımının anım mərasimi keçirilib. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Səbuhi Rzayev, AGAT-ın sədr müavini Nərgiz Xələf, "Hillel" Yəhudi Evinin rəhbəri Boris Muşailov, Ombudsman Aparatının nümayəndələri və KİV əməkdaşları iştirak edib.
Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı soyqırımında həlak olan insanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə start verilib.
"Hillel" Yəhudi Evinin rəhbəri Boris Muşailov çıxış edərək deyib ki, Azərbaycan tarixən tolerant və digər dinlərə açıq dövlət olub: “Xüsusən dünya yəhudilərinin qapıları bağlandığı zamanlarda məhz Azərbaycan xalqı yəhudi millətinə qucaq açdı. Qubada yerləşən “Qırmızı qəsəbə” söylənilənlərə əyani sübutdur. Azərbaycanın İsrail dövləti ilə doplomatik münasibətləri, əməkdaşlığı ən yüksək səviyyədədir. İsrail dövləti xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunmasında Azərbaycanın yanındadır. Belə ki, yəhudilər Azərbaycan diyarında hər zaman rahat, firəvan, dinc sülh şəraitində yaşayıblar. Bu xoş vəziyyət bu günün özündə də davam edir”.
AGAT-ın sədr müavini Nərgiz Xələf bildirib ki, bu cür tədbirlər AGAT-ın 23-26 fevral 2015-ci il tarixlərində Xocalı soyqrımının 23-cü il dönümünə həsr olunmuş kampaniya çərçivəsində həyata keçirilir: “Məqsəd Xocalı soyqrımı haqqında həqiqətləri AGAT-ın əməkdaşlıq etdiyi Avropanın vətəndaş cəmiyyəti nümayəndələrinə, Avropa ictimaiyyətinə çatdırmaqdır. AGAT tərəfindən 23 fevralda Mərdəkan qəsəbəsində yerləşən uşaq evində Xocalı qurbanlarının ruhuna ehsan süfrəsi verilib. 24 fevralda Türkiyənin Uşak şəhərində təhsil alan AGAT-ın nümayəndəsi və digər həmyerlilərimizin təşkilatçılığı ilə Uşak Universitetinin rektoru, şəhər meri və digər rəsmilərin, tələbələrin iştirakı ilə anım mərasimi təşkil olunub. Sabah isə 1600-ə yaxın beynəlxalq təşkilatlarının, senat nümayəndələrinin, dünyada xüsusən Avropada AGAT-ın tərəfdaşlıq etdiyi vətəndaş cəmiyyəti nümayəndələrinin elektron ünvanlarına “Stop nasizm and terrorizm!” adlı məlumatlandırıcı proqram paketi göndəriləcək”.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Səbuhi Rzayev isə diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Xocalı soyqırımının dünya ölkələrində tanıdılması istiqamətində xüsusi sistemli iş aparılır: “Son dövrlərdə artıq bir neçə xarici ölkələrin parlamentləri tərəfindən Xocalı soyıqırımı bir qətliam olaraq tanınıb. O cümlədən Heydər Əliyev Fondunun həyata keçirdiyi ən böyük kampaniyalardan biri “Xocalıya ədalət” kampaniyası bu gün öz işini uğurla davam etdirir. Sevindiricidir ki, bu gün Azərbaycanda gənclər təşkilatları da bu prosesə fəal şəkildə qoşulub”.
Daha sonra digər çıxış edənlərdə Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Naxçıvanda ət istehsalı 3,1 faiz, süd istehsalı isə 1,6 faiz artıb
22.02.2019
Son beş ildə Tərtərdə 80 yeni subartezian quyusu qazılıb
21.02.2019
Dövlətin mühüm sosial layihəsi: hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info