“Strandja” turnirinə start verilib
Tarix: 25.02.2015 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib. Yarışda 34 ölkədən 240 idmançı qələbə uğrunda mübarizə aparır.
Yarışın ilk günündə rinqə çıxan boksçularımızdan Elvin İsayev (60 kq) qələbə qazanıb. Milli komandamızın üzvü Belarus təmsilçisi Dmitri Sapon üzərində qələbə qazanıb. Həmyerlimiz səkkizdəbir final mərhələsində Gürcüstan idmançısı Otar Eronosyanla qarşılaşacaq. Boksçumuz Rahil Məmmədli (91 kq) yarışa məğlubiyyətlə başlayıb. O, ilk görüşdə Gürcüstan nümayəndəsi Levan Guledaniyə uduzub. Araz İmaməliyev (52 kq) də ilk görüşdə uduzaraq turnirdən kənarda qalıb. Superağır çəki dərəcəsində mübarizə aparan Asəf Aslanlı da növbəti mərhələyə vəsiqə qazana bilməyib. A.Aslanlı Belarus təmsilçisi Aleksey Zavatinə ciddi müqavimət göstərə bilməyib. Qadın boksçularımızdan Anaxanım Ağayeva (51 kq) irlandiyalı Keyr Smitlə üz-üzə gələcək. Yana Alekseyevanın (60 kq) rəqibi bolqarıstanlı Svetlana Kamenova olacaq. Anna Əlimərdanova (54 kq) isə yunanıstanlı Aiketerini Koutsogeorqopo ilə qarşılaşacaq. Qeyd edək ki, yarışda ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edir.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info