Çumbinyo müqavilə bağlamağa gəlir
Tarix: 25.02.2015 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Çumbinyo yenidən qərarını dəyişib. Bu yaxınlarda vətəni Braziliyada ikinci dəfə əməliyyat olunduğu üçün öncə mövsümün sonuna qədər orda qalmağı düşünən futbolçu indi Bakıya qayıtmaq qərarına gəlib.
Çumbinyonun gəlişinin səbəbi isə nə məşq etmək, nə də kollektivə qoşulmaqdır. Məsələ burasındadır ki, zədə ucbatından ötən ilin sentyabrından bəri yaşıl meydanlara çıxmayan və mövsümü erkən qapayan “sambaçı”nın “Qarabağ”la müqaviləsi başa çatmaq üzrədir. Ağdam klubu ilə anlaşması mayın sonuna qədər olan 29 yaşlı oyunçu məhz bu məsələni müzakirə etmək üçün yaxın günlərdə Azərbaycana qayıdacaq. Konkret olaraq, fevralın son gününə kimi futbolçunun ölkəmizdə olması gözlənilir. Braziliyalı yarımmüdafiəçi meneceri ilə birlikdə rəhbərliklə masa arxasında əyləşəcək. Onun ikinci dəfə əməliyyat olunması rəhbərliyin ürəyincə olmasa da, onlar Çumbinyonu əldən buraxmaq istəmir. Qeyd edək ki, Çumbinyo Avropa Liqasının qrup mərhələsinin “Sent-Etyen”lə ilk oyununda zədələnmişdi.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
15.01.2019
“Barselona” ötən il futbolçulara 562 milyon avro pul ödəyib
15.01.2019
Unai Emeri Məsut Özildən imtina edib
15.01.2019
Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır
14.01.2019
Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info