“Bu il məşhur yazıçı və şairlərə həsr olunmuş tədbirlər planlaşdırırıq”
Tarix: 25.02.2015 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Müsahibimiz Bakı Slavyan Universiteti Rusiya Mədəniyyət Mərkəzinin direktoru, Bakı Slavyan Universitetinin dosenti, Pedaqoji elmlər üzrə fəlsəfə doktoru Svetlana Allahverdiyevadır.

- Svetlana xanım, mərkəzin fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- 27 sentyabr 2002-ci ildə, Rusiyanın Azərbaycandakı səfirliyi, həmçinin, Moskva şəhərinin rəhbərliyinin dəstəyi ilə, Bakı Slavyan Universitetində Rusiya Tədris Mədəniyyət Mərkəzinin “Moskva auditoriya”sının açılışı olub. Mərkəz Azərbaycan və Rusiya xalqları arasında qurulan körpülərdən biridir. Eyni zamanda, Azərbaycan və Rusiya xalqlarının əməkdaşlığının inkişafının həyata keçirilməsinin dəstəkçisidir. Mərkəzin fəxri açılışında Moskva şəhərinin icra başçısının I müavini xanım Şveçova, BSU-nun ovaxtkı rektoru akademik K.M.Abdulla iştirak ediblər. Açılışından bu günə qədər “Moskva auditoriyası” nəinki BSU-nun əməkdaşları, həmçinin, Azərbaycanda fəaliyyət göstərən rus dili və ədəbiyyatı müəllimlərinin doğma evinə çevrilib. Mərkəz müasir vasitələrlə - kompüterlər, ev kinoteatrı, interaktiv lövhə ilə təmin olunub, zəngin kitabxana fonduna malikdir. Kitabxana həm bədii, həm də elmi ədəbiyyat olmaqla, 3000-dən çox kitabı ehtiva edir. Onlar da öz növbəsində sistematik olaraq, yeni nəşrlərlə zənginləşir. 2012-ci ildə Rusiya Federasiyası prezidentinin Şimali-Qafqaz federal dairəsindəki səlahiyyətli nümayəndəsi, cənab A.Xloponinin hədiyyəsi olaraq, mərkəzin kitabxanasına elmi və bədii ədəbiyyat nümunələri, həmçinin, tədris prosesi üçün texniki vasitələr göndərilib. Kitabxanadan həm tələbələr, həm də universitetin müəllimləri istifadə edirlər. “Moskva auditoriya”sında mütəmadi olaraq, rus dili, ədəbiyyatı və mədəniyyəti dərsləri keçirilir. Mərkəzdə həmçinin, kiçik videofond da fəaliyyət göstərir. Videofond rus xalq nağılları, tarixi və bədii filmlər, CD və DVD-lərdən ibarətdir. Mərkəzin divarlarını tanınmış rus rəssamlarının əsərləri, eyni zamanda, məşhur rus şair və yazıçılarının həyat və yaradıcılığı haqqında stendlər bəzəyir.
- Sizin mərkəzdə hansı tədbirlər keçirilir?
- Rusiya-Tədris Mədəniyyət Mərkəzində mədəni-kütləvi və bədii tədbirlərin, təqdimatların, elmi seminarların, ədəbi gecələrin, yarışma və viktorinaların, sərgi və disput klublarının keçirilməsi adət halını alıb. Ələlxüsus, klassik və müasir rus ədəbiyyatının görkəmli nümayəndələrinin yubiley və ədəbi gecələri təşkil olunur. Keçirilən tədbirlər sırasına Böyük Vətən müharibəsinə, Slavyan yazısı gününə, RF qəhrəmanı təyyarəçi-kosmonavt Maksim Surayevin iştirak etdiyi Y.Qaqarinə həsr olunan foto-sərgi, L.N.Tolstoya həsr olunan fotosərgi, Rusiya Federasiyası səfirliyi tərəfindən təşkil olunan “Rus dili” bayramı, 2014-cü ilin oktyabrında, M.Y.Lermontovun anadan olmasının 200 illiyinə həsr olunan tədbirləri qeyd etmək olar.
- Müasir gənclik rus dili və ədəbiyyatını necə mənimsəyir?
- Bizim mərkəzin əsas məqsədi tələbələrin marağını rus dili və mədəniyyətinə cəlb etməkdir. Mərkəz mütəmadi olaraq həm tələbələrin, həm də müəllimlərin iştirak etdiyi elmi seminarlar keçirir. Tələbələr diplom işləri və referatlarının hazırlanmasında bizim kitabxanadan geniş şəkildə istifadə edirlər. Artıq bir neçə ildir ki, mərkəzimizdə “Rus dilini öyrənirik” adlı dərnək fəaliyyət göstərir. Tələbələr böyük həvəslə dərnəyə üzv olurlar.
- Konkret olaraq hansı rus yazıçılarının ədəbi gecələrini təşkil etmisiniz?
- Rus ədəbiyyatının aşağıda adlarını çəkdiyim yazıçılarının ədəbi gecələri təşkil olunub: L.N.Tolstoy, M.Qorki, N.V.Qoqol, S.Yesenin, A.S. Puşkin, M.Y.Lermontov. Özümüz təşkil etdiyimiz tədbirlərdən əlavə, mərkəz olaraq, Rusiya İnformasiya Mərkəzinin təşkil etdiyi tədbirlərdə də iştirak etdik. Görüşlərdə tələbələr də iştirak edirdilər. Rusiya mədəniyyət günləri çərçivəsində təşkil olunan “Uşaq modası ”gecəsində iştirak etdik.
- Mərkəzinizin qonaqları haqqında nə deyə bilərsiniz?
- Rusiyanın təhsil naziri V.Filippov (2002), Moskva şəhər merinin I müavini L.Şveçova (2002), Rus dili İnkişaf Mərkəzinin prezidenti L.Putina (2003), Moskva şəhərinin meri Y.Lujkov (2004), Rusiya xarici işlər naziri S.Lavrov (2005), Rusiya Yazıçılar və Jurnalistlər Birliyinin üzvü R.İvanov (2006), Rusiyanın digər təhsil naziri A.Fursenko (2007), Rusiya Federasiyası Federal İcmasının nümayəndəsi S.Mironov (2007), Rusiya Federasiyası Administrasiyasının rəhbəri S.Narışkin (2009), Rusiya səfiri V.Doroxin (2009), Rusiya Federasiyası Federal İcmasının Federal Şurasının müşaviri Q.Burbulis (2010), Stavropol əyalətinin qubernatoru V.Qaevskiy (2010), Rusiya Federasiyası Prezidentinin Şimali-Qafqaz Federal dairəsindəki səlahiyyətli nümayəndəsi A.Q.Xloponin (2012), Stavropol əyaləti rəhbərliyinin müavini A.Y.Murqa (2014), Ulyanovsk ərazisi qubernatoru rəhbərinin müavini O.V.Nikitenko (2014), Novosibirsk şəhəri Regional İctimai Təşkilatın qonaqları (Rusiya-Azərbaycan Evi) (2014) və sair. Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələri, dahi Azərbaycan bəstəkarı Ü. Hacıbəylinin “Arşın mal alan” tamaşasını bizim tələbə və müəllimlərə təqdim etdilər (2014).
Uxtin Dövlət Texniki Universitetinin tədris işləri üzrə porektoru t. e. d - Yaqubov E. Z (2014), ADPR-in sədri, Dövlət Şurasının üzvü, Dövlət dumasının deputatı-Vladimir Jirinovski (2014), dahi rus yazıçısı Maksim Qorkinin nəvəsi, E.Vaxtanqov adına Dövlət Akademik Teatrının aktrisası Darya Peşkova və yazıçının nəticəsi aktrisa Yekaterina Peşkova (2014), “Rusiya bu gün” KİV-nin baş direktoru, VQTRK şirkətinin direktorunun müavini, jurnalist, aparıcı, Dmitri Kiselyev (2014) və başqaları mərkəzimizin fəxri qonaqları olublar.
- 2015-ci il üçün nə kimi planlarınız var?
- 2015-ci il ədəbiyyat ilidir. Məşhur yazıçı və şairlərin əlamətdar günlərinə həsr olunmuş müxtəlif tədbirləri keçirməyi planlaşdırırıq. A.P.Çexovun anadan olmasının 155 illiyinə həsr olunan tədbirlə, artıq 2015-ci ilin açılışını etdik. “Rus dilini öyrənirik” dərnəyi öz fəaliyyətini davam etdirəcək. Ədəbiyyat ilinə həsr olunan Rusiya Federasiyasının səfiri ilə tələbələrin görüşünü təşkil etmək niyyətindəyik.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info