“Rusiyaya tətbiq edilən sanksiyalar Britaniya şirkətlərini böyük zərərə salıb”
Tarix: 25.02.2015 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


“30 il əvvəllə müqayisədə kasıb şəraitdə yaşayan əhalinin sayı iki dəfə artıb. Britaniya hökuməti əhalinin diqqətini bu problemlərdən yayındırmaq üçün "Rusiya təhlükəsi"ndən istifadə edir”

“Britaniya hökuməti ölkə əhalisinin diqqətini "Rusiya təhlükəsi"nə yönəldərək ölkədəki daxili problemləri diqqətdən yayındırmağa çalışır”. Britaniyalı jurnalist Nil Klark bu fikirləri “RT” saytına yazdığı məqalədə bəyan edib. O qeyd edib ki, Britaniyada zənginlərlə yoxsullar arasında uçurum artmaqda davam edir: “30 il əvvəllə müqayisədə kasıb şəraitdə yaşayan əhali sayı iki dəfə artıb.
Lakin biz britaniyalılar bu problemi unutmalıyıq, çünki narahatlıq üçün daha böyük problem var - “ruslar gəlir”. Nil Klark bu fikri ironiya ilə qeyd edərkən NATO-nun Avropadakı birləşmiş qüvvələri komandirinin müavini general Edriana Bredşounun “Rusiya bizim mövcudluğumuz üçün təhdiddir” fikirlərini nəzərdə tutub. Onun sözlərinə görə, belə bəyanatlar vaxtilə britaniyalı siyasətçilərin İraqın kütləvi qırğın silahlarına malik olduğunu iddia etməsinə və ya Qəzzafinin devrilməsinin yaxşı ideya olduğunu deməsinə bənzəyir. Jurnalistin fikrincə, son vaxtlar Rusiyanın Britaniya və yaxud Baltikyanı ölkələrə hücum edəcəyi ilə bağlı əsassız iddialar səsləndirilir. Nil Klark hesab edir ki, Rusiya əleyhinə təbliğatın Ukrayna münaqişəsi ilə əlaqədar aparılan danışıqlarda real irəliləyiş əldə edildiyi bir vaxta təsadüf etməsi ciddi düşünməyə əsas verir: “Rusiya əleyhdarları hər vəchlə Ukraynada münaqişəni uzatmağa çalışırlar ki, yeni sanksiyalara haqq qazandıra bilsinlər. Onlar bununla Rusiya iqtisadiyyatına güclü zərbə vurmaq istəyirlər”. Jurnalistin qənaətincə, əgər Kemeron Britaniyanın maraqlarına üstünlük verirsə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qarşı etiraz etməlidir. Amma baş verənlər sübut edir ki, Britaniyanın baş naziri bunların tam əksini edir. O, başqa ölkələrin maraqlarından çıxış edərək Suriyada rejim dəyişikliyinə mane olan Rusiyanı cəzalandırmaq istəyir. Nil Klark müqayisə üçün, baş nazir Kemeronun ötən həftə parlamentdə Rusiya əleyhinə sanksiyaların effekti barədə alovlu çıxışını göstərir. Parlamentdəki çıxışında baş nazir qeyd edib ki, “Moskvaya təzyiqlər davam etdirilməlidir və bu məsələdə Birləşmiş Krallığın maraqları ilə, demokratiya çiyin-çiyinə gedir”. Kemeron bildirib ki, neft qiymətlərinin aşağı salınması və sanksiyalar Rusiyanın dünya maliyyə sisteminin bir hissəsi olmadığını nümayiş edirib: “Kemeron bu fikirləri deməklə, kimi aldadır? Rus rublunun ucuzlaşması, Moskva ilə aparılan “soyuq müharibə” Britaniyanın maraqlarına uyğun deyil. Kemeron unutmamalıdır ki, Britaniya şirkətləri, məhz onun yeritdiyi yanlış siyasət sayəsində böyük təlatümlərlə üz-üzə qalıb. Dünyanın ən böyük reaktiv mühərrikləri istehsalçılarından olan “Rolls-Royce Holdings PLC”şirkəti, su altına boru kəmərlərinin çəkilməsində istifadə edilən robot istehsalçısı olan “SMD” şirkəti artıq rus rublunun ucuzlaşması sayəsində böyük zərərə düşüblər. Verilən sifarişlərin bir çoxu ləğv edilib və ya təxirə salınıb. Neftin qiymətinin düşməsindən isə qazanan ucuz qiymətə benzin alan sadə vətəndaşlardır. Britaniya iqtisadiyyatı bundan qazanc əldə edə bilmir”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info