Gürcüstanda ciddi maliyyə böhranı yaranıb
Tarix: 25.02.2015 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


“Vzqlyad”:<b> “Larinin qiymətdən düşməsindən sonra ərzaq
məhsullarının qiyməti artmağa başlayıb. Əsas ərzaq məhsullarının qiymətinin artması əhalidə açıq narazılıq yaradıb”
Qonşu Gürcüstanda ciddi maliyyə böhranı yaşana bilər. Artıq hökumət qiymətdən düşən milli valyuta olan larini dəstəkləmək üçün Beynəlxalq Valyuta Fondu ilə danışıqlara başladığını etiraf edib. Bu haqda “Vzqlyad” nəşri məlumat yayıb.
Xəbərdə deyilir ki, Gürcüstan baş nazirinin müavini və enerji naziri Kaxa Kaladze bildirib ki, hökumət cari il üçün 5 faizlik iqtisadi artım planlamışdı. Amma indiki şərtlər altında 2-2,5 faizlik iqtisadi artım uğur sayılacaq. Kaladze qeyd edib ki, hökumət yaranan çətin vəziyyətdən çıxmaq üçün plan hazırlayıb və həftə ərzində onu təqdim edəcək. Qeyd edək ki, bir neçə gün ərzində dollar lariyə nisbətən bahalaşıb və 1 dollar 2,3 lari təşkil edir. Ona görə də Gürcüstanın əksər valyutadəyişmə məntəqələri valyuta satışını dayandırıb.

Kaxa Kaladze: “Lari çətin vəziyyətə
düşüb və ölkədə ağır sosial fon yaranıb”


“Vzqlyad” yazır: “Larinin qiymətdən düşməsindən sonra ərzaq məhsullarının qiyməti artmağa başlayıb. Əsas ərzaq məhsullarının qiymətinin artması əhalidə açıq narazılıq yaradıb. Kaxa Kaladze bildirib ki, lari çətin vəziyyətə düşüb və ölkədə ağır sosial fon yaranıb. “Rustavi-2” telekanalına açıqlama verən Kaladze əhalini optimist olmağa çağırıb: “Ölkədə vacib layihələr həyata keçirilir və keçirilməkdə də davam edəcək. Təkcə bu il enerji sektoruna 640 milyon dollar investisiya yatırılacaq. Amma etiraf edirəm ki, ölkədə yaranan vəziyyəti valyuta böhranı adlandırmaq olar. Lari ilə bağlı yaranan problem bütün dünya ölkələrində, o cümlədən qonşu ölkələrdə milli valyutalarla bağlı yaranan problemlərlə bağlıdır. Bir neçə gün ərzində dövlət büdcəsində hansı xərclərin ixtisar olunacağı ilə bağlı məlumat veriləcək”. Qeyd edək ki, Gürcüstanın dövlət büdcəsi 8 milyard laridir. Baş nazir Qaribaşvili fevralın 12-də bildirib ki, dövlət məmurlarının administrativ xərcləri 12 faiz ixtisar ediləcək. Dünən iqtisadiyyat və maliyyə nazirləri iş adamları, Milli Bankın rəhbəri isə kommersiya banklarının rəhbərləri ilə görüşüb. Bu görüşlərdə larinin stabilləşməsi ilə bağlı məsələlər müzakirə edilib. Kənd təsərrüfatı naziri Otar Daneliya bildirib ki, rəhbərlik etdiyi sektora 70 milyon dollar sərmayə yatırılacaq. Hökumətin bu görüşü və yeni plan hazırlığı müxalifətin istefa şüarı ilə keçirdiyi piketlərlə müşayiət olunur.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Baş nazir: Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı məsələ dostluq münasibətlərimizin ruhuna uyğun həll olunacaq
23.05.2019
Rusiya “ərəb NATO-su”na qarşı: “Bu, çox təhlükəli yoldur”
23.05.2019
ABŞ Türkiyəyə vaxt verib: Ankara təkzib edir
23.05.2019
Türkiyə və Yunanıstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22.05.2019
Türkiyənin Ali Seçki Komissiyası ölkədə keçirilmiş seçkilərə dair son qərarını açıqlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info