“Ermənistan hazırda müharibə etmək gücündə deyil”
Tarix: 26.02.2015 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


"Ermənistan atəşkəsi intensiv şəkildə pozmaqla, öz əhalisinin diqqətini ölkə daxilindəki sosial-iqtisadi problemlərdən yayındırmaq istəyir"
Azərbaycan Milli Məclisinin 1-ci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulmasında Ermənistanı günahlandırıb.
Z. Əsgərov bildirib ki, Ermənistan son günlər cəbhə xəttində atəşkəsi intensiv şəkildə pozmaqla, insident yaratmaqla, öz əhalisinin diqqətini ölkə daxilindəki sosial-iqtisadi problemlərdən yayındırmaq istəyir.
Regionda Rusiya və Avropa münasibətlərinin gərginləşməsindən asılı olaraq, Dağlıq Qarabağda müharibəsinin başlanması ehtimalına da münasibət bildirən Z.Əsgərov qeyd edib ki, Ermənistan hazırda müharibə etmək gücündə deyil: “Sadəcə insidentlər yaratmaqla, öz xalqının diqqətini ölkədaxili problemlərdən yayındırmaq istəyir. Bəli, bu həqiqətdir ki, son vaxtlar cəbhə xəttində insidentlər, gərginlik artıb, nəticədə itkilər olub. Amma yəqin ki, tezliklə bunun bəlli bir nəticəsi olacaq. Nəticəsi də o olacaq ki, çanaq Ermənistanın başında çatlayacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır
15.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15.06.2019
XİN: Ermənistan rəhbərliyi mövqeyindəki qeyri-müəyyənliyə son qoymalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info