Aviqdor Liberman: “Xocalı kimi faciələrin qarşısını almaq lazımdır“
Tarix: 26.02.2015 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


İsrailin şimalında yerləşən qədim Akkoda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş böyük matəm yığıncağı keçirilib.
"Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyası ("Azİz") hər il faciənin ildönümündə İsraildə görkəmli ictimai və siyasi xadimlərin iştirakı ilə silsilə tədbirlər təşkil edir. Artıq bir neçə dəfə xarici işlər naziri, Knessetin deputatı Aviqdor Liberman və Bakıdan xüsusi olaraq tədbirdə iştirak etmək üçün gəlmiş Milli Məclisin üzvü Fuad Muradov belə tədbirlərin fəxri qonaqları olublar.
Yığıncaqda həmçinin "Azİz" prezidenti, Knessetin deputatı Aleks Miller, Akko merinin birinci müavini Zeev Noyman və Kiryat Yam merinin müavini Adam Amilov, Maalota Şəhər Şurasının deputatı Arkadi Pomeranets, Or-Akiv şəhərinin deputatı Yosi Peysarov, Neşeradan Georgi Qerşkoviç, Kiryat Yamdan Marqorita Kazakova və "Azİz"in Azərbaycandakı nümayəndəsi Vahid Bayramov iştirak ediblər.
A.Liberman öz çıxışında "Azİz"in hazırkı prezidenti Aleks Millerə və birinci prezident İosif Şaqala Azərbaycan və İsrail arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün gördükləri böyük işlərinə görə təşəkkür edib. Sonda isə o, bildirib: "Bəşəriyyət tarixində bir çox faciələr olub. Onları unutmaq olmaz. Lakin təəssüf ki, heç də hamı onları xatırlamır və ibrət dərsləri götürmür. Bu gün biz bura toplaşmışıq deyək ki, İsrail və Azərbaycanın təcrübələrini birləşdirmək və gələcəkdə belə faciələrin qarşısını almaq lazımdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info