ARGTMŞ Xocalı soyqırımı ilə bağlı yeni aksiyaya start verib
Tarix: 26.02.2015 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “Xocalıya ədalət” (Justice For Khojaly) kampaniyası çərçivəsində yeni aksiyaya başlayıb.
Aksiyanın məqsədi Xocalı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və aparılan “Xocalıya ədalət” kampaniyasına dəstək verməkdir. Aksiya elektron poçt ünvanlarında istifadə olunan imzalarda “Xocalıya ədalət” kampaniyası ilə əlaqədar elektron bannerin yerləşdirilməsindən ibarətdir və bu banner yerləşdirilməklə göndərilən hər bir elekron poçt “Xocalıya ədalət” kampaniyasına dəstəkdir.
Aksiya çərçivəsində “Xocalıya ədalət” kampaniyası və Xocalı soyqırımı qurbanlarına aid statistik göstəriciləri ehtiva edən elektron banner aksiya iştirakçılarının elektron poçt imzalarına əlavə olunacaq. Aksiya iştirakçılarının bütün ölkə daxili və beynəlxalq yazışmalarında sözü gedən elektron banner əks olunacaq və aksiya iştirakçılarının göndərdiyi bütün elektron poçtları qəbul edən şəxslər Xocalı həqiqətlərindən xəbərdar olacaqlar. Aksiya 26 Fevral – Xocalı faciəsinin anım günü başlayacaq və qondarma erməni soyqırımının anım gününə qədər davam edəcək.
Aksiyaya istifadə edilən elektron poçt ünvanına aksiyanın bannerini quraşdırmaqla qoşulmaq mümkündür.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə aksiyanın kampaniyanın qondarma erməni soyqırımının anım gününə qədər davam edəcəyini bildirib: "Son illərdə Heydər Əliyev Fondunun vitse – prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya ədalət” kampaniyası vasitəsi ilə Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Tərəfimizdən “Xocalıya ədalət” kampaniyasına dəstək olaraq həyata keçirilən elektron poçt imzası aksiyası yalnız 26 fevral tarixi ilə məhdudlaşmayacaq, aksiyaya qoşulan vətəndaşlarımızın gündəlik yazışmalarında da, əks olunacaq. Aksiyamız qondarma erməni soyqırımı gününə qədər davam edəcək.”
Aksiyaya qoşulmaq üçün ətraflı məlumat və təlimatı www.khojaly.nayora.az ünvanından əldə etmək mümkündür.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info