Laçın məktəbliləri Xocalı şəhidlərini anıblar
Tarix: 26.02.2015 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Laçın rayon 19 saylı tam orta məktəbdə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri açan məktəbin müəlliməsi Faidə Binyətova həmin günün dəhşətləri bir daha yada salaraq bildirib ki, tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə bir faciə ilə 1992-ci ilin qarlı fevral gecəsində Xocalıda üzləşib. Erməni vandalları azərbaycanlıları xüsusi amansızlıqla qətlə yetirmiş, meyitləri belə təhqir etməkdən çəkinməmişdilər.
Daha sonra çıxış edən məktəbin direktoru Şakir Rzayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” beynəlxalq kampaniya haqqında məlumat verib. O qeyd edib ki, məhz bu kampaniyanın uğurlu fəaliyyəti sayəsində Xocalı və Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırılır və bir neçə ölkə artıq Xocalı soyqırımını tanıyıb.
Tədbirdə çıxış edən məktəbin müəllimləri Ceyran Əliyeva, Leyla Yusifova, Yeganə Rzayeva və başqaları erməni vandallarının törətdiyi bu hadisələri insanlığa qarşı yönəldilmiş cinayət adlandırıb və gənclərin bu mövzuya həssaslıqla yanaşmasını təqdirəlayiq hal hesab ediblər.
Tədbirdə şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info