Dövlət Məşğulluq Xidməti paytaxtda səyyar əmək birjaları təşkil edir
Tarix: 26.02.2015 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluq xidmətlərinin əhaliyə daha yaxın olması məqsədilə Bakı şəhərinin rayonlarında səyyar formada əmək birjaları təşkil olunur.
Səyyar əmək birjası müvafiq texniki avadanlıqlarla təmin edilmiş nəqliyyat vasitəsilə təşkil edilir. Müəyyən olunmuş günlərdə paytaxtın ayrı-ayrı ərazilərində fəaliyyət göstərən səyyar əmək birjalarında müraciət edən yerli işaxtaran vətəndaşlar müəssisələrdəki boş (vakant) iş yerləri, habelə müvəqqəti xarakterli işlər barədə məlumatlarlandırılırlar. Vətəndaşlara işləmək istədikləri və əmək qabiliyyətlərinə uyğun boş iş yerlərinə yerindəcə göndərişlər verilir, lazımi hallarda onlar digər aktiv məşğulluq tədbirlərinə cəlb olunmaq üçün qeydiyyata alınırlar. Cari ilin əvvəlindən Bakı şəhərinin müxtəlif yerlərində işsiz və işaxtaran vətəndaşlar üçün artıq 7 səyyar əmək birjası təşkil olunub və nəticədə 100 nəfərə yaxın artıq şəxsə boş iş yerlərinə göndərişlər verilib, 43 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata götürülüb. Növbəti belə tədbir sabah, 27 fevral tarixində Binəqədi rayon ərazisində (7-ci m.rayon, S.S.Axundov küç. İnqilab kinoteatrının yaxınlığı) keçiriləcək. Səyyar əmək birjasında işaxtaran şəxslərə rayon məşğullluq mərkəzinin bazasında olan, fəhlə və qulluqçu peşələri üzrə 770-dən çox boş iş yeri təklif olunacaq. Bu tədbirlərin mütəmadi olaraq bütün il boyu davam etdirilməsi nəzərdə tutulur.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir
15.01.2019
Nazirlik aydınlıq gətirdi – pensiyalar yaxın bir neçə gündə ödəniləcək
14.01.2019
“Azərbaycanda turizm sənayesi yaradılmalıdır”
14.01.2019
“İşsizin DOSTu” proqramı üzrə ictimai işlərə cəlb olunan şəxslərlə əmək müqaviləsi bağlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info