Rusiyadakı azərbaycanlı gənclər Ermənistan səfirliyinə etiraz ediblər
Tarix: 26.02.2015 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Moskvada bir qrup azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinə etiraz məktubu təqdim ediblər. Bu haqda Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev məlumat verib.
Səfirliyə gedən azərbaycanlılara ilk öncə bu cür etirazların xüsusi diplomat tərəfindən qəbul olunduğunu deyərək, 1 saatdan artıq gözlədiblər. Azərbaycanlı gənclərin məktub alınmayacağı təqdirdə səfirliyi tərk etməyəcəyini görən ermənilər imza ataraq gənclərin etirazlarını yazlı surətdə qəbul ediblər. Etiraz məktubunda Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclərin Ermənistan tərəfindən əsir götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun dərhal azadlığa buraxılması, Ermənistan dövlətinin Azərbaycana qarşı təxribatlardan əl çəkməsi və işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılması tələb olunub. Həmçinin, məktubda dünya dövlətləri və təşkilatlarının əsirlər haqqında səsləndirdiyi fikir və azadlığa buraxılması tələbi də yer alıb. Bundan başqa, Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondu, Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi tərəfindən 3 aydır “Əsirlərimizi azad edin” kampaniyası çərçivəsində dünyanın bir çox dövlətlərindən göndərilən 300-dən çox şəkildə Ermənistan səfirliyinə təqdim edilib. “Məqsədimiz azərbaycanlıların haqq səsinin çatdırılmasıdır. Qanunsuz saxlanılan azərbaycanlılar azad olunmalıdır. Bunu nəinki azərbaycanlılar, dünya gəncliyi tələb edir” deyərək AMİİF-ın sədri Şamil Tağıyev bildirib. Etiraz məktubunda tək azərbaycanlıların istəkləri yox, dövlət rəsmilərinin, ATƏT, BMT kimi təşkilatlarda səslənən fikirlər və tələblərin də yer aldığını vurğulayan ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev “İstərdik ki, Ermənistan dövləti qanunlara əməl etsin, özbaşınalığa son qoysun” deyə bildirib. Sonda gənclərimiz
Ermənistan səfirliyi önündə “Xocalıya ədalət” plakatları tutaraq etirazlarını davam etdiriblər. Yerli xalqı Azərbaycanın haqq səsinə səs verməyə çağırıblar.

Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info