Azərbaycan və İranın texnologiya parkları arasında əməkdaşlıq qurulacaq
Tarix: 26.02.2015 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İran İslam Respublikasına səfəri çərçivəsində Pərdis Texnologiya Parkında (PTP) olub.
Tanışlıq zamanı PTP-nin direktoru Mehdi Səfəriniya müəssisənin fəaliyyəti, iş prinsipi və istehsal etdiyi məhsullar haqqında geniş məlumat verib. Qeyd olunub ki, 400 şirkətlə əməkdaşlıq edən park onların sifarişləri əsasında həm məhsul istehsal edir, həm də kadr hazırlığı işlərini həyata keçirir.
PTP-nin fəaliyyətini yüksək qiymətləndirən Əli Abbasov Azərbaycanda da texnologiya parklarının fəaliyyət göstərdiyini və iqtisadiyyatın müxtəlif sahələri üçün məhsul istehsal etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan və İranın texnologiya parkları arasında əməkdaşlıq əlaqələrinin qurulması hər iki tərəf üçün müsbət nəticələr verə bilər. Bu əməkdaşlıq təcrübə mübadiləsi ilə yanaşı, kadr hazırlığı və istehsal olunan məhsulların satışının təşkil edilməsindən də ibarət ola bilər. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib, fikir mübadiləsi aparılıb. Əli Abbasov Mehdi Səfəriniyanı Azərbaycanın yeni texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olmaq üçün Azərbaycana dəvət edib. Sonra nazir Əli Abbasov parkın ərazisindəki istehsal müəssisələri ilə tanış olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib
24.06.2019
Azərbaycanda yol hərəkətinin nizamlanması üçün iki yeni nişan yaradılır
24.06.2019
“Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir”
24.06.2019
Dünya şöhrətli azərbaycanlı ovçu “Russian Business Guide” jurnalında
24.06.2019
Müstəqilliyimizin və müttəfiqliyimizin zəfərlərə aparan sarsılmazlığı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info