Trabzonda “Bir əsrin gözyaşı” adlı Xocalı tədbiri keçirilib
Tarix: 26.02.2015 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Türkiyənin müxtəlif bölgələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilməkdə davam edir. Belə geniş və daha yaddaqalan tədbirlərdən biri də Trabzonda təşkil olunub. Qaradəniz Texniki Universitetinin Stomatologiya fakültəsinin 2-ci kurs tələbəsi Nəzrin Rəsulzadənin verdiyi məlumata görə, Trabzonda Xocalı soyqırımının ildönümün belə yüksək səviyyədə qeyd edilməsi artıq adət halını alıb. “Xocalı soyqırımını unutma” və ya “Bir əsrin gözyaşı” adı altında tə.kil olunan tədbiri Nəzrin Rəsulzadə təşkil edib. Xocalı soyqırımı şahidləri və tanınmış şəxslərin iştirakı ilə keçirilən tədbir böyük marağa səbəb olub. Nəzrin Rəsulzadə deyir ki, tədbirdə çıxışe dənlər vacib mesajlar da veriblər: “Öncə Qaradeniz Texnik Universitetinin prorektoru Yusuf Şevki Hakyemezin açılış nitqi ilə başladığı tədbiri daha sonra Azərbaycandan olan tarix elmləri doktoru Hacı Həsənov davam etdirib. O, tarixçi kimi bəzi faktları qeyd edərək Xocalı həqiqətlərindən bəhs etdi. Giresun Universiteti Beynəlxalq münasibətlər kafedrasının müdürü, dosent Yalçın Sarıkaya, Xocalı soyqırımının dünyada tanınması üçün görülən işlər və eləcə də bu tədbirlərdə Türkiyədə təhsil alan tələbələrin gördükləri işlər barədə danışdı. Xocalı soyqırımının birbaşa şahidi olan Məmməd Nağıyev və Almaz Həsənova isə Xocalı soyqırımında yaşadıqları dəhşətli xatirələri tələbələrlə bölüşdülər.
Sonda Xocalı soyqırımı ilə bağlı çəkilən “Bir əsrin gözyaşı” sənədli filmi və “Beyaz melek” dram səhnəciyi nümayiş olundu”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info