Sarkisyanın hərbi cinayətkarlığı ilə bağlı 100 min səs BMT Təhlükəzilik Şurasına təqdim olunub
Tarix: 26.02.2015 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması ilə əlaqədar tələb olunan 100 min səs toplanaraq BMT Təhlükəzilik Şurasına təqdim olunub. Bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, məsələnin bundan sonrakı həlli TŞ-dən asılıdır: “İndi bundan sonra şahmat dili ilə desək, gediş onlarındır”. Serj Sarkisyanın beynəlxalq məhkəmə qarşısında cavab verəcəyinə 100 faiz əmin olduğunu deyən Z.Əsgərov qeyd edib ki, Sarkisyan hərbi cinayətkardır. O, Xocalı soyqırımını törədənlərdən biridir.
Vitse-spiker əlavə edib ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri, yəni ABŞ, Rusiya və Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir. Amma təklif olunan yeni üzvlər - Almaniya və Türkiyə Təhlükəzilik Şurasının daimi üzvləri deyillər: “Qafqazda sabitliyin qorunub saxlanmasında Türkiyənin də böyük rolu var. Almaniya həmişə bu işdə kömək göstərəcəyini bəyan edib. Almaniya və Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədrliyinə qoşulması əlbəttə, yaxşı olar. İş burasındadır ki, BMT TŞ-nin 3 daimi üzvü hələ bu günə qədər bu işi həll edə bilməyib. Hər halda ümid edirik ki, bu, bir nəticə verəcək”.
Z.Əsgərovun sözlərinə görə, Ermənistanın hər gün atəşkəsi pozmaqda məqsədi öz xalqının gözünü daxili problemlərdən yayındırmaqdır: “Bunun da nəticəsi onların öz başında çatlayacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info