Türkiyədə Xocalı ilə bağlı silsilə tədbirlər keçirilir
Tarix: 26.02.2015 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Türkiyədə Xocalı soyqırımı qurbanlarına həsr olunmuş tədbir keçirilib. “Türkiyə- Azərbaycan Qardaşlıq Platformu”nun sədri Elvin Əjdərlinin verdiyi xəbərə görə təşkilat olaraq onlar 23 fevraldan başlayaraq 3-cü ənənəvi “Xocalını unutma, unutdurma” adlı aksiyalar keçirirlər: “Təbliğat xarakterli aksiyalara 24 fevralda təşkilatımız tərəfindən “Azərbaycanda qanayan yara- Xocalı soyqrımı” adlı tədbir ilə başladıq. Tədbirdə Anadolu və Osmanqazi universitetlərinin tələbələri və müəllimləri ilə yanaşı Eskişeherin ictimai və siyasi xadimləri və dövlət idarələrinin təmsilçiləri iştirak edirdi. Bundan əlavə 23 fevraldan başlayaraq şəhərin bir çox yerlərində “Xocalını unutma, Qarabağa sahib çıx” adlı afişalar asılaraq yerli əhali geniş məlumatlandırılırdı. Aksiyalarımız davam edir və tədbirlərə təşkilatımızın Xocalı Soyqırımı Tanıtma İctimai birliyi ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunan Xocalı şahidlərinin çıxışı ilə baş tutan tədbirlə yekun vurulacaq. Tədbir həm də Osmanqazi universiteti Bilim və Düşüncə topluluğunun dəstəyi ilə keçirilir.
Kampaniya çərçivəsində mediaya presrelizlər yayılır və 10 mindən artıq eskişehirli və Eskişehirdə yaşayan xarici vətəndaşlar da məlumatlandırılır. Demək olar ki, təşkilatımızın başlatdığı bu aksiyalar sayəsində Eskişehirin buhəftəki gündəmi Xocalı soyqırımı oldu!”
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info