Suraxanı rayonunda 44 minə yaxın vətəndaş tibbi müayinədən keçib
Tarix: 26.02.2015 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Suraxanı rayonunda sakinlərin tibbi müayinəsi uğurla davam edir. Rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayinədən keçmə qrafiki tərtib olunub. Qrafik əsasında rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi təşkil olunub. Müayinələr zamanı müəyyən xəstəliklərin aşkar olunduğu təqdirdə profilaktik tədbirlərin həyata keçirilməsi insanların sağlamlığı üçün faydalıdır və əhəmiyyətlidir. Suraxanı rayonun 212300 əhalisinin və rayonda məskunlaşmış 21858 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. İndiyədək Suraxanı rayonunda 44 minə yaxın vətəndaş və 43-dən çox kollektiv tibbi müayinədən keçib. 1875 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb və 98 nəfər stasionar müalicəyə qəbul olunub. Bir sözlə xəstəlik aşkar olunmuş vətəndaşlar stasionar və ambulator müayinələrə cəlb edilib. 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Azər Məmmədov məlumat verib ki, xəstəxana 2014-cü ildə əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz olunub. Ölkə başçısının tapşırığını yerinə yetirmək üçün xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilib. Əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə gəlməyənlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. Müəssisəmiz 38862 nəfər böyük əhaliyə və 13219 uşağa xidmət edir. Xəstəxanamıza gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen, kardioqram, ultrasəs və digər müayinələrdən keçirlər. 25 fevral 2015-ci il tarixədək 9500 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 865 nəfəri rentgen, 434 nəfəri USM aparatından 1582 nəfəri laboratoriya və 285 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 350 nəfərində xəstəlik aşkar olunub və 13 nəfəri stasionar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir. Qaraçuxur qəsəbəsi Yeni Günəşli “AB” yaşayış sahəsinin sakini Qasımova Mehranə 24 nömrəli BŞX-nın tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirərək dövlət başçısının bu təşəbbüsünün təqdirəlayiq olduğunu xüsusi vurğulayıb.
Yeni Günəşli “D” yaşayış sahəsinin sakini Bayramova Aygün Kamil qızı bildirib ki, bütün tibbi müayinələrdən keçdim: “Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə, ölkə başçısına minnətdarlığımızı bildiririk”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info