Təhsil Problemləri İnstitutunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
Tarix: 26.02.2015 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Təhsil Problemləri İnstitutunda keçirilən tədbirdə əvvəlcə Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra institutun direktoru Qulu Novruzov tarixin ədalətsiz səhnələrindən biri olan məkirli niyyətli ermənilərin törətdiyi Xocalı soyqırımı haqqında danışıb. Çıxışında bildirib ki, ermənilər Xocalı faciəsini törətməklə nəinki Azərbaycana, bütövlükdə türk dünyasına, bəşəriyyətə qarşı qəddar və amansız mövqelərini nümayiş etdiriblər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə də uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər. Ermənilərin soyqırım siyasəti hələ XX əsrin əvvəllərindən başlayıb və zaman-zaman günahsız insanlar ağır işgəncələrlə qətlə yetiriliblər. Bildirib ki, Xocalı soyqırımı adlı yara Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcək və Azərbaycan xalqı artıq neçə ildir ki, bu dərdlə yaşayır. İnstitutun direktoru deyib ki, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırmaq iqtidarında oldular və bunu dünya ictimaiyyətinə çatdıra bilirlər. Qulu Novruzov çıxışında onu da vurğulayıb ki, bu gün həmin siyasət Prezident və Heydər Əliyev Fondu tərəfindən davamlı olaraq həyata keçirilir. Direktor Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasının və bir çox görülmüş fəaliyyətlərin əhəmiyyətini də qeyd edib. Tədbir zamanı institutun direktoru tədbir iştirakçılarına müraciət edərək onları ermənilərə qarşı unutqan olmamağa və daim mübariz olmağa çağırıb. O, Xocalı faciəsini törədənlərin ədalət qarşısında cavab verəcəklərinə əmin olduğunu və bu işdə onların qəddarlığının tanıdılmasında birgə fəaliyyət göstərməyin vacibliyini vurğulayıb. Bu tədbirləri faciədən faciəyə deyil, hər gün, hər an bu soyqırımı bütün dünyaya çatdırmalıyıq. Direktor çıxışının sonunda xüsusi olaraq vurğulayıb ki, görülən işlərin nəticəsidir ki, hazırda Xocalı soyqırımı bu gün dünyanın bir çox rəsmi dairələrində, parlamentlərində müzakirəyə çıxarılıb, bu faciə soyqırım aktı kimi tanınıb. Tədbirin sonunda Xocalı soyqırımına həsr olunan sənədli film nümayiş olunub. Soyqırıma həsr olunmuş video filmdən sonra institutun şöbə müdirləri Piralı Əliyev, İntiqam Cəbrayılov, direktor müavini Rəfiq Qəndilov Xocalı soyqırımı barədə, gənclərin milli mənəvi tərbiyəsində silsilə təbliğat işlərinin aparılması, tariximizin qanlı yaddaşının nəsildən nəslə ötürməklə nəsillərarası bağlantının möhkəmlənməsi və s. barədə geniş məruzə ilə çıxış ediblər. Tədbirdə Təhsil Problemləri institutunun direktor müavinləri, elmi məsləhətçilər, şöbə müdirləri və institutun digər əməkdaşları iştirak ediblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info