Təhsil Problemləri İnstitutunda GEMs Eduation təşkilatının xarici ekspertləri ilə görüş
Tarix: 26.02.2015 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov GEMs Eduation təşkilatının təhsil sahəsində çalışan beynəlxalq ekspertləri qəbul edib. İnstitutun direktoru öncə institutun strukturu barədə geniş məlumat verib. Sonra GEMs Eduation təşkilatının xarici eksperti Keyt Ryan (ABŞ) instituta gəlişi barədə və həyata keçirəcəyi layihələrinin məram və məqsədləri barədə danışıb. Görüşdə Azərbaycanda ümumi təhsil sahəsində mövcud olan müəllim hazırlığı, onun təşkili, müəllimlərin peşəkarlıq səviyyələrinin hazırlığı, kurikulumlar və onların hazırlanması mexanizmləri, müəllim peşəsinə marağın artması mexanizmlərinin araşdırılması, qiymətləndirmə və onun tədris prosesində aparılması və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. İnstitutun direktoru Qulu Novruzov rəhbərlik etdiyi müəssisədə müəllim hazırlığı ilə aparılan tədqiqat işləri və bu sahədə görülən işlər barədə geniş məlumat verib. Qarşıda bu təşkilatla bağlı uyğun məsələlərə dair əməkdaşlığa daim hazır olacağını bildirib.
Görüşdə Azərbaycanda təhsilin inkişafına dəstək olmaq, müəllim hazırlığına, onun keyfiyyətini və davamlı inkişafına töhfə vermək, layihə çərçivəsində həmçinin müəllimlərin ixtisas artırma və əlavə təhsilinin artırılması istiqamətində görüləcək birgə əməkdaşlıq, təhsil müəssisələrində təhsilin keyfiyyətini yüksəltmək və əlavə olaraq müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması üçün kursların təşkilini təmin etmək üçün müəyyən imkan və resursların dəstəklənməsi, kurikulum və onun icrası zamanı müəllimlərin çətinliklərlə qarşılaşmaması və s. irəli gələn məsələlərlə bağlı suallar verildi, institutun əməkdaşları tərəfindən geniş cavablandırıldı.
Görüşdə ARTPİ-nin şöbə müdirləri və xarici ekspertlər Vitney Retzə (ABŞ), Türkiyədən olan xarici ekspert Yigit Yavuz, təhsil nazirliyindən təhsilin inkişafı proqramı üzrə baş məsləhətçi Lamiyə Şərəfxanova iştirak ediblər. Xarici ekspertlər görüşdən məmnun qaldıqlarını və göstərəcəyi hər bir köməyə görə institutun direktoru Qulu Novruzova öncədən dərin minnətdarlığını bildiriblər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Culfada yeni meyvə bağları salınır
25.03.2019
Azərbaycanda martın 26-na gözlənilən hava proqnozu açıqlanıb
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info