Saxta profillərlə “nəfəs alan” müxalifət
Tarix: 26.02.2015 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


KİV olaraq dəfələrlə yazmışıq ki, radikal müxalifət partiyaları sosial bazalarının azlığını ört- basdır etmək üçün müxtəlif yollara əl atırlar. Bunlardan biri də sosial şəbəkələrdə onların tərəfdarlarının sayının çox olması görüntüsünü yaratmaqdır. Son illərdə isə müxalif liderlər öz təbliğatlarını gücləndirmək üçün “Facebook”, “Tvitter” və digər sosial şəbəkələrdə yalançı profillərin yaradılması və bu profillər vasitəsilə təbliğatlarının aparılması metoduna da əl atıblar. Müxalif liderlər saxta profillər vasitəsilə, həm də bir növ gənclərin beyninə təsir etməyə çalışırlar. Onlar bununla sanki göstərmək istəyirlər ki, baxın, nə qədər çox fəalımız, narazı kütləmiz var! Amma əslində, heç də belə deyil. Bu haqda dəfələrlə məqalələrdə səsləndirdiyimiz fikirlərimiz uzun müddət AXCP sədrinin müavini işləmiş və partiyada gördüyü iyrəncliklərdən bezib, AXCP-ni tərk edən Razi Nurullayev tərəfindən də təsdiq olundu.
AXCP sədrinin sabiq müavini deyir ki, artıq saxta profillər cəbhəçilərdə xəstəlik halına gəlib: “Saxta profillər fəlsəfəsini Azərbaycan siyasətinə bir partiya gətirib və buna təəssüf edirəm. Sədr müavinlərindən də bir-ikisi istisna olmaqla, hər biri onlarla saxta profil istifadə edir. Bu, çox utancverici hərəkətdir”.
Razi Nurullayev deyir ki, guya AXCP özü saxtakarlıqlara qarşı mübarizə aparır. Əslində isə bunu-saxtakarlığı özünə rəva görür: “Utanıram. Həm də yanıram. Yanıram, o istismar etdiyiniz cəbhəçilər üçün. Çünki, saxta profillər real adamlar görünsün deyə, ömründə bir dəfə internetə girməyən cəbhəçilərin adından belə profilləri yaradıb, sizdən fərqli düşünənləri söyür və kənarlaşdırırsınız. Bilirəm ki, bu həm də AXCP sədrinin göstərişi ilə yerinə yetirilir. Bəs, harada qaldı azad söz, fərqli fikir və digərlərinin düşüncəsinə hörmət? Siz necə özünüzə digər cəbhəçilərin iradəsini zorlamağı rəva görürsünüz?”.
Bütün iyrənc metodları lənətləyən Razi Nurullayev Əli Kərimlinin “Facebook oyunlar”ından misal da gətirir: “Mənim də yaxşı tanıdığım Elçin Şükürlü. Mən qəza keçirən zaman o da infarkt keçirmişdi. Bir neçə tanınmış cəbhəçi ilə onu ziyarət etdik və dəstək olmağa çalışdıq. Bilirəm ki, o çətin vəziyyətdədir və onun “Facebook”a girmək imkanları da yoxdur. Olsa belə, o internetdən istifadə etməyi bilmir. Bəs necə olur ki, “Facebook”da məni söyür və hər bir statusun altında bülbül kimi ötür? Mən o cəbhəçinin telefonunu mətbuata təqdim edə bilərəm.
Bəs, sonsuz hörmət bəslədiyim cəbhəçi Bəxtiyar Hüseyn? Onunla telefonla da danışdım və bu cəbhəçi dediklərimdən pis oldu. O çətin vəziyyətə düşdü. Dedi ki, “sənə qarşı yazılan şərhlərin heç biri mənə aid deyil. Mən “Facebook”dan istifadə etmirəm”. O, dedi ki, istifadə edən şəxsi tanıyır və onunla ağır danışacaq. Budurmu sizin söz azadlığınız və insanların fərdi həyatına və sözünə hörmətiniz?”
Razi Nurullayev konkret rəqəmlər də ortaya qoyur. O deyir ki, saxta profillər açmaq hazırda partiyada ən ümdə məsələdir: “Aktiv olan 200-ə qədər saxta profilləriniz var. Amma, qara gün üçün bu saxta profillər 500-700 arası dəyişə də bilər. Ayıbdır! Saxtakarlıq etməyin. Xalq elə buna görə müxalifətdən üz döndərib. Çünki, yalan və saxtadır hər şey”.
Sonda onu da deyək ki, bu kimi halların mövcud olmasını, sosial şəbəkələrdə saxta profillərin dolaşmasını və bu profillərin çoxunun da məhz müxalif qüvvələr tərəfindən öz maraqları naminə yaradılmasını biz də yazmışıq. Həmçinin, son günlərdə belə profillərin fəaliyyətini də paylaşdığımız yazılara gələn şərhlərdə hiss etmişik. Maraqlıdır ki, ermənilər, Ermənistanla bağlı daim yazılar yazmışıq, amma indiki qədər “narazılıq” yaratmayıb. Erməni mətbuatından tərcümələr formasında və analiz xarakterli yazılmış bu faktlara əsaslanan yazıları sosial şəbəkələrdəki qruplarda paylaşanda, bəzən bir neçə şəkilsiz və ya naməlum şəkilləri olan profillərdən narazılıq dolu şərhlər yazılır. Bildirilir ki, “niyə özümüzdə olan problemləri qoyub, Ermənistandan yazırıq?”. Maraqlıdır ki, bu profillər daim aktiv olmurlar, müxalifət özü üçün xüsusi şərait yarandığını güman edəndə həmin saxta profillərin fəallığı görünür. Biz real vəziyyəti paylaşırıq, Ukrayna, Ermənistan mediasının yaydığı xəbərləri cəmiyyətimizə çatdırırıq. Bu isə müxalif liderlərə sərf etmir və öz yalançı profillərini işə salırlar.
Qısası, AXCP-nin saxta profil oyunu da artıq cəmiyyətə gün kimim aydın oldu!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info