“Financial Times”: “Aİ Azərbaycanla strateji əməkdaşlıq qurmaq üçün bütün vasitələrdən istifadə edəcək”
Tarix: 26.02.2015 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Avropa Komissiyası: “Cənub” qaz dəhlizi layihəsi Azərbaycan, Türkiyə və iştirakçı olan digər ölkələr tərəfindən uğurla həyata keçirilir. Layihə vasitəsilə 2019-2020-ci illərdə Avropaya ilk qaz veriləcək”

“Rusiyanın “Cənub axını” layihəsindən imtina etməsindən sonra Avropa İttifaqı mavi yanacaq nəqli ilə bağlı Azərbaycan və Türkmənistanla razılaşma əldə etməyə çalışır”. Bu fikirlər “Financial Times” nəşrində yer alan məqalədə qeyd edilib. Yazıda bildirilir ki, Avropa İttifaqı Moskva ilə münasibətlərinin soyuqlaşmasından sonra Azərbaycan və Türkmənistanla danışıqları intensivləşdirərək enerji ehtiyatları ilə zəngin bu iki ölkəni enerji strategiyasının mərkəzinə qoymağa çalışır.
“RİA Novosti” “Financial Times” nəşrinə istinadən yazır ki, Brüssel Avropa enerji strategiyası təqdim edib: “Financial Times” nəşrinin məlumatına görə, Avropa İttifaqı Azərbaycan, Türkmənistan Əlcəzair alternativ mavi yanacaq ehtiyatlarına sahib ölkələrlə strateji əməkdaşlıq münasibətləri qurmaq üçün bütün vasitələrdən istifadə edəcək. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Maroş Şevçoviç bildirib ki, qitə ölkələri bir mənbədən asılı olmamaq üçün mənbələri diversifikasiya etməlidir: “Hesab edirəm ki. Avropa İttifaqı hər qışın gəlişində qazla bağlı məsələlər ətrafında müzakirə aparmaqdan yorulub. 21-ci əsrdə dünyanın nəhəng iqtisadiyyatlarının belə təhlükəsi olmamalıdır. Rusiya yenə də Avropa İttifaqının əsas enerji təminatçısı olaraq qalacaq, amma onun təsiri azalmalıdır. Avropa ölkələri əvvəllər enerji təminatı üçün “Nabusso” kimi dəhliz yaratmağa çalışmaqla səhvə yol veriblər. Biz artıq “Nabusso”dan dərs çıxarmışıq. Bu layihə lazım səviyyədə siyasi dəstək olmadığı üçün iflasa uğradı”. Şevçoviç hesab edir ki, Xəzər dənizi ilə bağlı məsələdə əsas problem Rusiyanın ancaq bütün Xəzəryanı qonşuların razılı ilə layihələrin həyata keçirilməsində israr etməsidir. O,Türkmənistan qazının Avropaya ixracı üçün lazımi texniki və hüquqi baza yarada biləcəklərinə ümidli olduğunu bildirib: “Necə ki, biz enerji mənbələrini diversifikasiya etməyə çalışırıq, eləcə də Xəzər ətrafındakı ölkələr də ixrac istiqamətlərini diversifikasiya etməyə çalışır”. Qeyd edək ki, Avropa Komissiyası dünən Avropa Enerji İttifaqının yaradılması strategiyasını təsdiq edib. Avropa Komissiyasının rəsmisi Maroş Şevçoviç strategiyanın təqdimatı zamanı bildirib ki, strategiya Avropa Komissiyası tərəfindən yaxın 5 il ərzində enerji sektorunda görəcəyi işləri özündə tərənnüm edən bir sənəddir. Onun sözlərinə görə, ittifaqın yaradılması üzərində 29 Avropa komissarından 14-ü çalışacaq. Şevçoviç əlavə edib ki, yaradılacaq Enerji İttifaqının qaydalarına əsasən, Avropa İttifaqına üzv olan ölkələr xarici enerji resursları tədarükçüləri ilə müqavilə bağlamazdan öncə, Avropa Komissiyası ilə müqavilənin şərtlərini razılaşdırmalıdırlar. “Cənub” qaz dəhlizi layihəsindən söz açan M. Şevçoviç bildirib ki, 45 mlrd. dollara yaxın dəyəri olan bu layihə Azərbaycan, Türkiyə və iştirakçı olan digər ölkələr tərəfindən uğurla həyata keçirilir: “Cənub” qaz dəhlizi layihəsi vasitəsilə 2019-2020-ci illərdə Avropaya ilk qaz veriləcək. Biz başqa qaz təminatçıları olan ölkələrlə də danışıqlar aparırıq. Türkmənistan, İran, İraq və bu siyahını zəngin karbohidrogen ehtiyatlarına malik başqa ölkələrlə davam etdirə bilərik. Diversifikasiya Avropa İttifaqı üçün vacib, strateji əhəmiyyət kəsb edir”. Şevçoviç deyib ki, yaradılacaq Avropa Enerji İttifaqı çərçivəsində Avropa Komissiyası Avropanın elektrik şəbəkələrinin stress-testini həyata keçirəcək. İqlim dəyişikliyi və energetika məsələləri üzrə Avropa komissarı Miguel Arias Kanyete isə bildirib ki, Rusiya Avropa İttifaqının tərəfdaşı olmaqda və böyük qaz tədarükçüsu olmaqda davam edəcək: “Eyni zamanda biz qaz təminatımızı diversifikasiya etmək istəyirik. Əgər “Cənub axını” təxirə salınarsa, biz “Cənub” qaz dəhlizini inkişaf etdirməliyik, Azərbaycanla və gələcəkdə Türkmənistanla daha böyük qaz müqavilələri ilə bağlı danışıqlar aparmalıyıq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırıb
25.04.2019
Niderland Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir
25.04.2019
Hərbi Hava Qüvvələrinin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışı olub
24.04.2019
Azərbaycan gömrükçüləri ABŞ-da praktiki təlimlərdə iştirak edirlər
24.04.2019
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Yanla görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info