Binəqədi rayonunda Xocalı yürüşü keçirilib
Tarix: 26.02.2015 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Binəqədi rayonunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar yürüş keçirilmişdir Fevral ayının 25-də Binəqədi rayonunda “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Erməni yalanına işıq sal” devizi ilə yürüş keçirilmişdir. 1000 nəfərədək sakinin iştirak etdiyi yürüş Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən 20 Yanvar şəhidlərinin xatirəsinə Biləcəri qəsəbəsində ucaldılmış “Güllə Yağışı” abidəsinin önündən başlamış, Milli Qəhrəmanlar abidəsinədək davam etmişdir. Yürüşdə rayonun fəal gəncləri, ziyalıları, ümumilikdə rayon ictimaiyyəti ilə yanaşı, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “Asan könüllüləri” də iştirak etmişdir. Rayon gəncləri Xocalıda soyqırıma məruz qalaraq dünyasını dəyişən həmvətənlərimizin adları və soyadlarının həkk olundugu lövhələri öz üzərlərində yürüş boyu daşıyaraq unutmayacaqlarına simvolizə etmişlər! Tədbir Biləcəri qəsəbəsində Milli Qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önündə kompozisiyanın səsləndirilməsi ilə davam etmişdir. Kompozisiyada “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış çarx səsləndirilmişdir. Daha sonra yürüş iştirakçıları hazırladığı Qətnaməni oxunmuş, Qətnamədə binəqədili gənclər bütün Azərbaycan gəncliyini “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının ətrafında sıx birləşməyə çağırmış və bu kampaniyanın işığında bütün dünyaya səslənərək əsrin faciəsi kimi tarixə düşən Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması işində həmrəylik nümayiş etdirməyi bir insanlıq borcu olduğu vurğulamışlar. Sonda yalnız Xocalıda deyil, ümumilikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə dualar oxunmuşdur. Anım mərasimi gec saatlaradək sakinlərin Milli Qəhrəmanlar abidəsini ziyarət etməsi və abidənin önünə şamların düzülməsi ilə yekunlaşmışdır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info