Şəmkirdə Xocalı soyqırımının ildönümü qeyd olunub
Tarix: 26.02.2015 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 fevral tarixində Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümü qeyd olunub. YAP Şəmkir rayon təşkilatından bildirilib ki, öncə tədbir iştirakçıları “Şəhidlər Xiyabanı”nda yerləşən "Soyqırım Abidəsi"ni ziyarət etdilər, abidənin önünə tər güllər düzüblər.
Tədbir, Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra Şəmkir rayon İcra Hakimiyyətinin müavini Sona xanım Əliyeva çıxışında 23 il əvvəl Xocalıda baş verən insanlığa zidd qətliamdan danışıb. O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum edib silahsız və köməksiz dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırımı aktı həyata keçirilib. Xocalı şəhərində törədilmiş qırğın zamanı 613 nəfər dinc sakin qəddarlıqla qətlə yetirilmişdir ki, onların 83-ü uşaq, 106-sı qadın, 70-i qoca olmuşdur. Şəhərdə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Dəhşətli faciə zamanı 487 nəfər yaralanmış, 1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür ki, onların çoxunun aqibəti indiyədək heç kimə məlum deyildir.
Tədbirdə daha sonra Xocalı haqqında “Məhv edilmiş Şəhər” filmi izlənmiş, orta məktəb şargidlərinin hazırladığı bədii kompozisyaya baxılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26.06.2019
Gədəbəyin daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
26.06.2019
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində ötən ay 651 müraciətə baxılıb
26.06.2019
Naxçıvanda muzeylərə verilən rəsm əsərlərinin təqdimatı olub
25.06.2019
ABŞ-ın Monterey şəhərinin nümayəndə heyəti Lənkəranda olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info