“Bu oyunla heç bir futbolçunun millinin formasını geyinməyə haqqı çatmır”
Tarix: 26.02.2015 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


“Futbolda 0:6, 0:10 və hətta daha böyük hesabla uduzmaq mümkündü, belə hallar olur. Amma necə məğlub olmaq da
əhəmiyyətlidir”.

Bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nikolay Adam deyib. Almaniyalı mütəxəssis Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə İrlandiyada təlim-məşq toplanışında olan yığmamızın ilk yoxlama oyunu haqda fikirlərini açıqlayıb. Adam bu ölkənin U-19 komandası ilə görüşdəki 0:6 hesablı məğlubiyyətə AFFA-nın rəsmi saytına açıqlamasında şərh verib: “Oyun nə qədər alınmasa belə, gərək mübarizədən qopmayasan, məğlubiyyətlə barışmayasan. Təəssüf ki, bu gün komandada istədiyim mübarizliyi görmədim. Uşaqlar, demək olar ki, bütün təkbətək epizodlarda rəqibə uduzurdu. Belə halla ilk dəfə rastlaşmırıq. Avropa çempionatının ilkin seçmə mərhələsi ərəfəsində də Makedoniya yığmasına əzmkarlıq göstərmədən 0:2 hesabı ilə uduzduq. Amma komanda bundan dərs çıxarıb elit-raunda yüksəldi. Əlbəttə, hadisələrin eyni ssenari üzrə təkrarlanacağını deyə bilmərəm”. Adam 0:6 hesabı ilə uduzan oyunçuları da sərt ittiham edib: “Bu cür oyunla heç bir futbolçunun yığmanın formasını geyinməyə haqqı çatmır. Məşqçilər korpusu, xüsusilə mən çox məyusuq, çünki komanda ilə bağlı birbaşa məsuliyyəti, cavabdehliyi mən daşıyıram. Ən çoxu da, komandanın ruhdan düşməsi məni təəssüfləndirir. İrlandiya yığmasına hörmətlə yanaşıram, amma bu komanda bir neçə gün əvvəl iki dəfə qarşılaşdığımız Finlandiya, seçmə mərhələdə oynadığımız Sloveniya yığmasından güclü deyil. Bu hesabın qeydə alınmasının əsas səbəbi futbolçularımızın bu gün xarakter göstərməməsi oldu. Niyə belə olduğunu anlaya bilmirəm, bu, mənim üçün inanılmazdır. Belə oynasaq, Fransada keçiriləcək elit-raund mərhələsində işimiz çox çətin olacaq”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info