Tbilisidə “Xocalıya ədalət” aksiyası keçirilib
Tarix: 26.02.2015 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Bu gün Gürcüstan paytaxtında "Xocalıya ədalət" kampaniyası çərçivəsində yürüş keçirilib. Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Gürcüstanda “Xocalıya ədalət” kampaniyası çərçivəsində Tbilisidə çoxsaylı azərbaycanlı və gürcü gənclərin, ziyalıların, dövlət məmurları, QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yürüş keçirilib.
AMM-dan bildirilib ki, yürüş iştirakçıları əllərində plakatlar və "Xocalıya ədalət" yazıları ilə parlamentin köhnə binasına doğru yürüş ediblər. Burada aksiya iştirakçıları Xocalı qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə "Xocalıya ədalət!", "Qarabağa azadlıq!", "Müharibə istəmirik!", "Yaşasın Azərbaycan və Gürcüstan dostluğu!", "İşğalçı Ermənistan dövlətinə lənət!", "Xocalı-əsrin soyqırımı!" , “Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü təmin olunsun”, “Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır” kimi şüarlar səsləndiriblər.
Gün ərzində gənclər şəhərdə sakinlərə və şəhər qonaqlarına Xocalı qətliamı haqqında çap olunmuş bukletlər paylayaraq əhalini Xocalı hadisələri haqqında məlumatlandırıblar.
Sonra yürüş iştirakçıları Azərbaycan və Gürcüstan bayraqları Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Səfirlik qarşısında təşkil olunan etiraz aksiyasında iştirakçılar "Xocalıya ədalət!", "Cinayətkarlara ölüm!” şüarları səsləndirərək Xocalı soyqırımı cinayətkarlarının cəzalandırılmasını tələb ediblər. 200-dək aksiya iştirakçının imzaladığı bəyanat Ermənistan səfirliyinin nümayəndəsinə təqdim edilib. Etiraz aksiyası insidentsiz başa çatıb.
AMM-ın sədri çıxışında “Xocalıya ədalət” kampaniyasının hər il olduğu kimi bu il də Gürcüstanın 10 yaxın böyük şəhərlərində tədbirlərin, aksiyaların, konfransların keçirilməsi gürcü ictimayyətinin Xocalı soyqırımı haqqında geniş məlumatlandırılmasına və reaksiyasına səbəb olmuşdur. Bu hadisələr haqqında məlumat alan gürcü gəncləri və ziyalıları da bu aksiyaya qatılıblar. Xocalı ayının yekunu olan aksiyaya qoşulan gənclər Xocalıya ədalət tələb edərək yerli əhaliyi Qarabağ həqiqətləri və Xocalı soqyırımı haqqında məlumatlandırıblar.
Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info