BSU Auqsburq Universiteti ilə müqavilə imzalayıb
Tarix: 26.02.2015 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Dünən Bakı Slavyan Universiteti və Almaniyanın Auqsburq Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanması ilə bağlı tədbir keçirilib. Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev müqavilənin mahiyyəti və universitetdə yeni fəaliyyətə başlamış Germanşünaslıq İnstitutu barədə danışıb.
Rektor BSU-da alman filologiyası üzrə kadr hazırlığı, universitetdə yeni açılan Multikulturalizm kafedrası, habelə Almaniyada, o cümlədən Azərbaycanda keçirilən elmi seminarlar haqqında məlumat verib. BSU-nun fəxri professoru Zieglinde Hartmann öz çıxışında uzun illərdən bəri əməkdaşlıq etdiyi Bakı Slavyan Universiteti barədə xoş təəssüratlarını mərasim iştirakçıları ilə bölüşüb. Xanım Hartmann Azərbaycana ezam olunduğu üçün Alman Akademik Mübadilə Xidmətinə (DAAD) dərin minnətdarlığını bildirib. Tədbirdə Almaniyanın Azərbaycandakı səfirinin birinci müavini və mədəniyyət işləri üzrə attaşesi Volfqanq Mössinger, Auqsburq Universitetinin professoru Klaus Volf Almaniya-Azərbaycanın siyasi, iqtisadi, mədəni əlaqələrindən danışıblar. AMEA-nın həqiqi üzvü, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev BSU-nun Almaniya ilə yeddi il ərzində davam etdirdiyi əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Dövlət müşaviri çıxışında “Nibelunqlar nəğməsi” və “Kitabi-Dədə Qorqud” dastanının müştərək tədqiqi ilə bağlı danışıb, alman xalqı ilə Azərbaycan xalqının multikulturalizminin ortaq yöndə olduğunu vurğulayıb. Kamal Abdullayev, eyni zamanda Xocalı faciəsini bir daha yad edib, almaniyalı qonaqlara soyqırımında ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışıb. Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin rəhbəri, professor Azad Məmmədov xarici universitetlərdə multikulturalizmin ayrıca fənn kimi tədrisi barədə almaniyalı qonaqlara məlumat verib. O, eyni zamanda qeyd edib ki, BSU ilə Auqsburq Universiteti arasında yaradılan əməkdaşlıq multikulturalizmin Auqsburq Universitetində tədrisinə şərait yaradacaq. Qeyd edək ki, BSU-nun fəxri professoru Zieglinde Hartmann rektor müşaviri vəzifəsinə təyin edilib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info