“Avropa Oyunları ilə bağlı çalışmalarımız artıq start götürüb”
Tarix: 26.02.2015 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Müsahibimiz "Excelsior Hotel Baku" otelinin Qida və İçkilər departamentinin meneceri Mehmet Ayandır.

- Hotelinizin son tədbirləri və planları ilə bağlı nələri bildirərdiniz?
- Öncə deyim ki, "Excelsior Hotel Baku" ölkədə yeganə "5+" kateqoriyalı hoteldir. Bu isə o deməkdir ki, burada deluxe hotelə xas olan bütün müsbət keyfiyyətlər ən yüksək səviyyədə qonaqlarımıza təqdim olunur. Hotelimizin daxili və zahiri tərtibatı klassik üslubdadır və bu deluxe hotellərə xas olan ortaq cəhətdir. Burada beynəlxalq səviyyədə nəzərdə tutulmuş bütün xidmətlər müştərilərə təqdim edilir. Restoranımız, barımız, banket və konfrans zalımız, spa mərkəzimiz fəaliyyət göstərir, qapalı və açıq hovuzlarımız, trenajor zalımız, tennis kortu və digər bütün xidmətlərimiz daimi olaraq qonaqlarımızın ixtiyarındadır. Hotelimizdə 61 otaq var ki, onlardan 8-i suit, 8-i isə juniordur. Bizim hoteldə ölkədə yeganə 350 kvadrat metr sahəsi olan kral suit yerləşir. Kral suitin ayrıca təhlükəsizlik sistemi, xüsusi lifti və qarajı var.
-Qarşıdan gələn bayramlarla bağlı hansı tədbirlər planlaşdırılır?
- 8 mart tarixində otelin “Belvedere” restoranında Beynəlxalq Qadınlar Gününə həsr edilmiş ziyafət keçiriləcək. Burada əziz xanımlarımızı maraqlı sürprizlərlə yanaşı, canlı musiqi müşayiəti altında romantik şam yeməyi gözləyir.
Orada Avropa mətbəxinə aid dörd cür yemək hazırlanır. Bundan başqa, canlı musiqimiz var. Gələn qonaqlardan hər xanıma gül hədiyyə edəcəyik. Onu da deyim ki, 14 Fevral Sevgililər Gününü də çox orijinal və əyləncəli bir formada keçirdik və qonaqları gözəl qarşıladıq. Yerlərimiz tam dolmuşdu.İnşallah, 8 martda da bu cür gözəl tədbir alınacağını düşünürük. Biz əslində eyni müsafirləri daha çox gözləyirik, çünki ötən il burdan gedənlər çox razı qalmışdılar və biz onları 14 fevralda da gördük. Ona görə də təkrar qonaqların gəlməsi o deməkdir ki,onlar bizdəki xidmətdən çox razı qalıblar. Onu da qeyd edim ki,xarici musiqilər, caz, pop və sair kimi musiqilər olacaq ki, bu baxımdan da qonaqlar yüksək zövq alacaqlar.
-Bununla bağlı bir nəfər üçün qiymət nə qədərdir?
- Bir nəfər üçün qiymət 49 manatdır. Əgər göstərdiyimiz xidmətin çeşidliliyini nəzərə alsaq, bu qiymətin digər yerlərlə müqayisədə çox münasib olduğunu görərik. Əslində bizə gələn qonaqları bu tədbirimizlə bayram günü məmnun etmək istəyirik. Bu tədbirdən əlavə, martın 13-dən başlayaraq moda sərgisi keçirmək istəyirik. Bu da çox prestijli və böyük bir tədbir olacaq. Burada Azərbaycan və digər ölkələrin tanınmış modaçılarının geyimləri nümayiş olunacaq. Konkret qeyd etsək, 13,14 və 15 mart, 2015-ci il tarixlərində “ Excelsior Hotel & Spa Baku” və “FMS Models” təşkilatçılığı ilə “Baku Fashion Nights 2015” moda günləri keçiriləcək. Tədbirin ilk günü 13 mart tarixində əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası dəb azarkeşlərinin zövqünü oxşayacaq. Möhtəşəm dəfilənin ardından, podiumda yerli dizayner və modelyerlərin 2015 yaz-yay kolleksiyasından seçilmiş nümunələr nümayiş olunacaq. “Fashion Couture by Ulker Huseynova” Moda Evinin eleqant kolleksiyası, “Beauttech” salonlar şəbəkəsindən Elnarə Əhmədovanın təqdimatında 2015 dəb tendensiyasına uyğun saç düzümü şousu qonaqlara unudulmaz anlar yaşadacaq. Tədbirin irəliləyən saatlarında səhnə alacaq digər gənc və istedadlı modelyer Günay Mirzə, yaz-yay moda trendləri ilə qarşılayacaq. 14 mart tarixində podiumda yer alacaq və ən yeni kolleksiyası ilə qonaqları salamlayacaq modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın təqdimatındadır.Tədbirin davamında nümayişi maraqlı və rəngarəng kolleksiyaları ilə zənginləşdirən “La Couture Baku” Xavər Məmmədova, “Hokuma by Hokuma Hajıyeva” və “Magura by Gulshan Ibrahimova” Moda Evləri olacaq. Türk modasının canlı korifeylərindən, əfsanəvi modelyer Yıldırım Mayruk, layiqli köməkçi və davamçısı Barbaros Şansal “Baku Fashion Nights 2015”-in fəxri qonaqlarındandır. Yıldırım Mayruk məhz bu il 50 illik yubileyini “Excelsior Hotel & Spa Baku” Otelində və “Baku Fashion Nights 2015” moda günlərində özəl olaraq qeyd edəcəkdir.
15 martda vida dəfiləsini azərbaycanlı heyranlarına sərgiləyəcək Yıldırım Mayruk, “Pert-a-Porter ” konseptli kolleksiyası ilə qarşınızda olacaq. Kolleksiyanın ən görkəmli parçaları Türkiyədə yaşayan həmyerlimiz, model Günay Musayevaya həvalə olunub. Yıldırım Mayrukun sözlərinə görə, gecəyə təşrif buyuran qonaqları xoş sürprizlər gözləyir.
Hotelin “Afurca” zalında 283 nəfərlik yerdən ibarət bir tədbir gözlənilir. Bununla bağlı çalışmalarımız var. Həmçinin Novruzla bağlı əlamətdar tədbirlər planlaşdırılır.
- “Excelsior Hotel Baku”nun unikal xidmətləri sırasında nəyi qeyd edə bilərsiniz?
- Daim öz müştərilərinin rahatlığını düşünən “Excelsior Hotel Baku” qonaqlarına nəqliyyat xidməti göstərir. Hoteldə keçirilən tədbirlərə iştirakçıların rahat gəlib-getməsi üçün 17 nəfərlik avtobus işləyir. “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel Baku” otelinin qarşısından qonaqları Park Bulvara və səhər 09.00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından “Excelsior Hotel Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub. “Excelsior Hotel Baku” otelinə 496 80 00 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.
-Hotelinizin yemək menyusu və restoranları ilə bağlı nələri demək olar?
- Hoteldə Belbvedere, "Green House" restoranları var. Eyni zamanda yay vaxtı açıq hovuz ətrafında da qonaqlara yemək təklif olunur. “Belvedere” restoranında qonaqlara çeşidli və ləziz yeməklər təqdim edilir və bu baxımdan qonaqlarımızın zövqünü oxşadığımıza əminik. Həmçinin "Green House" öz qonaqlarına dəniz məhsullarının yeni mətbəxini təklif edir. Restoranda balıq və digər dəniz məhsullarından hazırlanmış qidalarda Aralıq və Egey dənizlərinin balıqlarından istifadə edilir. Qonaqlara Aralıq və Egey dənizlərinin təzə balıqlarından təxminən 20 növ Türk yeməkləri, məzələr və salatlar hazırlanır. Menyuya duzda, buğlamada və qrildə bişirilmiş balıqlar, balıq turşusu, lakerda, salatlar və s. dadlı yemək növləri daxil edilib. Qiymətlər, təxminən şəhərdə fəaliyyət göstərən digər balıq restoranlarında olduğu kimidir. Menyuda göstərilmiş yeməklər üçün qiymətlər 4 manatdan başlayır.
Bu yenilik "Green House" restoranına kulinariyanın şah əsərlərini çox xoş şəraitdə təklif etməklə, Türkiyədə balıq yeməyi xoşlayanların ən gözəl yeri olacaq.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info